...

Sahibkarlağa mane olma halları barədə DİN-in 1002 "Qaynar xətt"inə zəng edin

Cəmiyyət Materials 31 Oktyabr 2015 15:15 (UTC +04:00)
Sahibkarlıq fəaliyyətinə mane olma halları barədə Daxili İşlər Nazirliyin (DİN) 1002 nömrəli "Qaynar xətt"inə məlumat vermək olar.
Sahibkarlağa mane olma halları barədə DİN-in 1002 "Qaynar xətt"inə zəng edin

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Sahibkarlıq fəaliyyətinə mane olma halları barədə Daxili İşlər Nazirliyin (DİN) 1002 nömrəli "Qaynar xətt"inə məlumat vermək olar.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanunu, onun tətbiqi və sahibkarlıq sahəsində dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə dövlət başçısının 2015-ci il 26 oktyabr tarixli fərmanı rəhbər tutularaq həmin normativ hüquqi aktlardan irəli gələn tələblərin icrası, o cümlədən aidiyyəti üzrə daxil olan müvafiq məlumatların araşdırılması və zəruri tədbirlərin görülməsi davam etdirilir.

Bununla əlaqədar, daxili işlər orqanlarının əməkdaşları tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə biznes strukturlarının, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edilməsi və qanuni sahibkarlıq fəaliyyətinə mane olma halları barədə dərhal nazirliyin 1002 nömrəli "Qaynar xətt"inə məlumat verilməsi xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti