...

ƏƏSMN cəza çəkməkdən azad edilmiş 4253 nəfəri birdəfəlik sosial müavinətlə təmin edib

Cəmiyyət Materials 3 Noyabr 2015 11:11 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin ötən dövründə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 4253 nəfər şəxsi birdəfəlik sosial müavinətlə təmin edib.
ƏƏSMN cəza çəkməkdən azad edilmiş 4253 nəfəri birdəfəlik sosial müavinətlə təmin edib

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin ötən dövründə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 4253 nəfər şəxsi birdəfəlik sosial müavinətlə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müvafiq qanunvericiliyə uyğun olaraq, həmin şəxslərin hər birinə minimum əmək haqqının 4 misli qədər, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib. Bununla yanaşı, nazirlik tərəfindən penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin gələcəkdə əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların peşə reabilitasiyası istiqamətində tədbirlər həyata keçirilib. Qeyd olunan dövrdə 120 nəfər bu təbəqədən olan şəxs peşə hazırlığı kurslarına cəlb edilib.

Məşğulluq haqqında qanunvericiliyə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aiddirlər. Bununla əlaqədar məşğulluq orqanları tərəfindən belə şəxslərin müəssisələrdə ayrılmış kvota üzrə iş yerləri ilə təminatı da həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti