Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Elmir Murad/
Azərbaycanda 5 gün qeyri-iş günü olacaq.
Bunu Trend-ə Nazirlər Kabinetindən bidiriblər. Verilən məlumata görə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.
Belə ki, Həmrəylik Günü və Yeni illə əlaqədar 31 dekabr, 1-2 yanvar tarixləri qeyri-iş günü olacaq. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.
Müvafiq olaraq 2016-ci il 2 yanvar tarixi şənbəyə təsadüf etdiyindən Azərbaycanda 5 gün qeyri-iş günü olacaq.