...

BDU-da aztəminatlı tələbələrlə görüş keçirildi (FOTO)

Cəmiyyət Materials 19 Noyabr 2015 13:03 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılğı ilə az təminatlı ailələrdən olan bir qrup tələbələrlə görüş keçirilib.
BDU-da aztəminatlı tələbələrlə görüş keçirildi (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılğı ilə az təminatlı ailələrdən olan bir qrup tələbələrlə görüş keçirilib. BDU THİK İctimaiyyətlə əlaqələr departamentindən Trend-ə verilən məlumata görə, görüşü giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (BDU THİK) sədri Daşqın Qənbərov tələbələri salamlayaraq THİK-in fəaliyyəti haqqında tələbələrə ümumi məlumat verib.

Görüşün mahiyyətinə uyğun olaraq sədr ümumi məlumatdan sonra tələbə həmkarlar təşkilatının sosial yönümlü fəaliyyəti haqqında geniş, əhatəli bir nitq söyləyib. Sədr az təminatlı ailələrdən olan tələbələri bu imkanlardan, bu maddi dəstəydən yararlanmağa dəvət edib. D.Qənbərov THİK-in sosial yönümlü fəaliyyətindən bəhs edərək bildirib ki, təşkliat hər ay 30 tələbəyə təqaüd həcmində maddi yardım, 30 tələbəyə gündəlik pulsuz nahar yeməkləri, xüsusi təqaüdlər və s. maddi köməkliklər göstərir.

Sonra çıxış edən BDU THİK-i Sosial məsələlər komissiyasının sədri E.Qarayev bildirib ki, hazırkı görüşdə iştirak edən az təminatlı ailələrdən olan tələbələr fakültə büroları tərəfindən araşdırılıb və müəyyənləşdirilib.

Daha sonra tələbələrin xahişləri və təklifləri dinlənilib, sualları cavablandırılıb. Görüşün sonunda 40 nəfər tələbəyə 70 manat həcmində maddi yardım verilib, 15 nəfər tələbənin isə adı pulsuz nahar yemekləri ilə təmin olunması üçün mövcud siyahıya əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti