...

Bakıda yeni alman avtobusları istifadəyə verildi (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2015 12:33 (UTC +04:00)
Bu gün Bakıda “Baku Bus" MMC-nin yeni alman avtobusları istifadəyə verilib.
Bakıda yeni alman avtobusları istifadəyə verildi (FOTO)

Bakı. Elmir Murad - Trend:

Bu gün Bakıda "Baku Bus" MMC-nin yeni alman avtobusları istifadəyə verilib.

Trend-in məlumatına görə, yeni avtobuslar hava limanı - "28 May" metro stansiyası xətti üzrə hərəkət edəcək. Sözügedən xətdə 5 avtobus fəaliyyət göstərəcək və gediş haqqı 1 manat 30 qəpik olacaq. Xəttə buraxılan alman avtobuslarında mini mətbəx, soyuducu, (Wi Fi) və ayaqyolu var. Oturacaqlar həm arxaya, həm də yana hərəkət edir. Ayaqüstə sərnişin daşımayan avtobusların tutumu 48 yerlikdir.

Neoplan adlanan avtobuslar 24 saat fəaliyyət göstərəcək. Həm hava limanından, həm də "28 May" metro stansiyasından çıxış intervalı 1 saat nəzərdə tutulub və sərnişinlər 30 dəqiqə ərzində mənzil başına rahatlıqla çata biləcəklər.

Qeyd edək ki, sözügedən avtobuslar dayanacaqda saxlamayacaq. Sərnişinlər yalnız "28 May" metro stansiyasında və hava limanında avtobuslara minə bilərlər. Gediş haqqı Bakıkartla ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti