• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Azərbaycan və Meksika əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığı müzakirə ediblər

30 Noyabr 2015 15:28 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Meksikanın Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafı barədə səfirə ətraflı məlumat verib. Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir.

Aparılan uğurlu iqtisadi islahatların güclü sosial siyasətlə tamamlandığını bildirən S.Müslümov nəzərə çatdırıb ki, cari ilin 10 ayında 3,3 faizlik iqtisadi artım şəraitində əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz çoxalıb. Adambaşına düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 0,7 faiz bəndi üstələyərək 4,4 faiz təşkil edib.

Nazir qeyd edib ki, əmək ehtiyatlarından səmərəli istifadə ölkəmizdə iqtisadi tərəqqinin xarakterik cəhətidir. 2004-cü ildən sonrakı dövrdə 1,4 milyondan çox yeni iş yeri açılmaqla, işsizlik 4,9 faizə enib.

Respublikada iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı növbəti ildə də yeni iş yerlərinin açılması prosesinin və əmək bazarında sabitliyin davam edəcəyinə təminat yaradır.

S.Müslümov ölkə əhalisinin təqribən 22 faizdən çox hissəsini əhatə edən sosial təminat sisteminin inkişafı, əmək bazarına nəzarətin təkmilləşdirilməsi yönündə aparılan islahatlara da toxunub: "Ötən ildən respublikada tətbiq olunan əmək müqavilələrinin elektron qeydiyyat sistemi hazırda dünyada innovativ yanaşmaları əks etdirən mütərəqqi iş təcrübələrindən biri kimi dəyərləndirilir. Bu sistem əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında mühüm rol oynayır".

Meksika ilə əlaqələrin müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyini bildirən nazir bu əməkdaşlığın əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etməsinin hər iki tərəf üçün faydalı ola biləcəyini vurğulayıb.

R.Labardini Azərbaycanda iqtisadi inkişaf istiqamətində əldə olunan nailiyyətlərin, habelə iqtisadiyyatın artımının sosial rifah səviyyəsinin yüksəlməsi ilə müşahidə olunmasının Meksika tərəfindən daim maraqla izlənildiyini bildirib. Səfir iki ölkə arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində də əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsinin onun ölkəsi üçün də xüsusi önəm kəsb etdiyini və bunun üçün səylərini göstərəcəyini diqqətə çatdırıb.

Görüşdə Meksikanın sosial müdafiə sistemi barədə də ətraflı məlumat verilib. Azərbaycan və Meksika arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Meksika səfiri
  • Nazir Səlim Müslümov
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)
Azernews Newspaper
Digər xəbərlər
Nazirlik 786 nəfər şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib
İqtisadiyyat 18 Aprel 11:35
Əmək müfəttişliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək (FOTO)
İqtisadiyyat 17 Aprel 11:16
Gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
İqtisadiyyat 13 Aprel 14:52
Beynəlxalq Əmək Təşkilatının baş direktoru ilk dəfə Azərbaycana səfər edəcək
İqtisadiyyat 12 Aprel 14:02
Azərbaycanda pensiyaçıların sayı açıqlandı
Cəmiyyət 12 Aprel 12:26
Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində 10,50 faiz artım qeydə alınıb
İqtisadiyyat 10 Aprel 11:42
Təhlükəsiz əmək şəraiti əmək məhsuldarlığının artmasına imkan yaradır (FOTO)
İqtisadiyyat 10 Aprel 10:50
Nazirlik Qarabağ müharibəsi əlillərini yeni minik avtomobilləri ilə təmin etdi (FOTO)
Cəmiyyət 9 Aprel 13:06
Nazirlik: Bu ilin ilk rübündə 43,7 mindən çox müraciət cavablandırılıb
İqtisadiyyat 9 Aprel 10:14
Nazirlik əlilliyi olan şəxsləri 6246 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edib
Cəmiyyət 3 Aprel 14:55
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlərin sayı 25 milyon 250 minə çatıb
İqtisadiyyat 2 Aprel 14:33
Nazir müavini: İşsizlik səviyyəsi 5 faizdən aşağı enib (FOTO)
İqtisadiyyat 29 Mart 12:19
Əmək və sosial müdafiə sahələrində Misirlə əməkdaşlıq imkanları nəzərdən keçirilib
İqtisadiyyat 29 Mart 10:38
473 nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub
İqtisadiyyat 27 Mart 14:50
ƏƏSMN tərəfindən 15 mənzil Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verildi (FOTO)
Cəmiyyət 19 Mart 12:07
Sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgi təşkil olunub (FOTO)
Cəmiyyət 17 Mart 14:14
Nazir müavini: Azərbaycan Qlobal Rəqabətlilik Hesabatında daha 9 pillə irəliləyib (FOTO)
İqtisadiyyat 16 Mart 12:14
ƏƏSMN 13 min nəfərə yaxın şəxsi fərdi qaydada qəbul edib
İqtisadiyyat 16 Mart 10:52
Ən çox oxunanlar
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Nazir: Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçməyə hazırdır (ÖZƏL)
Prezident İlham Əliyevin Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb
Əhalinin banklarda 7.7 milyard manatdan artıq pulu var
Nəzər nöqtəsi
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Zakir Nuriyev: Azərbaycanda banklar əhalinin xarici valyutaya olan tələbatını tam təmin edir
Ramiz Mehdiyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter