Bakı. Samir Məmmədov - Trend:
Ötən gün müayinələrdən sonra ambulator müalicəyə buraxılmış iki neftçi yenidən xəstaxanaya qəbul edilib.
Bu baradə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasının Baş direktorunun müavini Nadir Mehdiyev bilidirb. N.Mehdiyev qeyd edib ki, xəstəxananın Baş direktoru tərəfindən psixoloqlar dəvət olunub: "Hazırda müraciət edən xəstələrlə psixoloqlar işləyir, onlara tibbi-psixoloji yardım göstərilir".