...

Əfv sərəncamı 2 və 17 saylı cəzaçəkmə müəssisələrində icra olunub (FOTO)

Cəmiyyət Materials 29 Dekabr 2015 12:17 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin dünən imzaladığı əfv sərəncamının bü gün icrasına başlanılıb. Trend-in məlumatına görə, sərəncam 2 və 17 saylı cəzaçəkmə müəssisələrində də icra olunub.
Əfv sərəncamı 2 və 17 saylı cəzaçəkmə müəssisələrində icra olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin dünən imzaladığı əfv sərəncamının bü gün icrasına başlanılıb. Trend-in məlumatına görə, sərəncam 2 və 17 saylı Cəzaçəkmə Müəssisələrində də icra olunub.

2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 33 məhkum azadlığa buraxılıb. Onlardan üçü xarici vətəndaşdır.

17 saylı cəzaçəkmə müəssisəsində isə cəza çəkən 5 məhkum azadlığa buraxılıb.

Qeyd edək ki, dekabrın 28-də imzalanan əfv haqqında sərəncam ümumilikdə 210 nəfərə şamil edilib.

Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzalarının çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 9 nəfər cəzadan azad ediliblər.

Azad edilənlər arasında 3 Böyük Britaniya, 3 Nigeriya, 2 Gürcüstan, 2 Çin, hərəsindən 1 nəfər olmaqla Qazaxıstan, İran, Əfqanıstan, Suriya, Pakistan, Türkiyə, Kamerun və Kamboca vətəndaşları da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti