...

Bakı yol polisi sürücülərə çağırış etdi

Cəmiyyət Materials 2 Yanvar 2016 11:51 (UTC +04:00)
Hazırda Bakının inzibati ərazisinə aid küçə və prospektlərdə vəziyyət normaldır, nəqliyyat vasitələrinin istənilən istiqamət üzrə hərəkət etməsi mümkündür.
Bakı yol polisi sürücülərə çağırış etdi

Bakı. Trend:

Hazırda Bakının inzibati ərazisinə aid küçə və prospektlərdə vəziyyət normaldır, nəqliyyat vasitələrinin istənilən istiqamət üzrə hərəkət etməsi mümkündür. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, nisbətən yüksəklik olan ərazilərdə, misal üçün, Qurd qapısı, Yasamal rayonunun hündür əraziləri və digər ərazilərdə qarın qalması müşahidə edilir: "Lakin yollar üzrə hərəkət mümkündür".

Bölmə rəisi sürücüləri ehtiyatlı olmağa çağırıb: "Hərəkətin mümkün olmasına baxmayaraq, hazırkı vəziyyətdə yollarda sürüşmə ehtimalı var. Sürücülərdən xahiş edilir ki, yol və meteoroloji şəraiti nəzərə alsınlar. Ümumiyyətlə, belə hava şəraitində ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər".

V.Əsədov əlavə edib ki, 31 dekabr 2015-ci il tarixdən indiyədək Bakı şəhəri ərazisində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınıb: "Xəzər rayon ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı piyada dünyasını dəyişib, Nəsimi rayon ərazisində baş vermiş qəza nəticəsində isə piyada yüngül bədən xəsarəti alıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti