...

Azərbaycan Texnologiya Universitetində imtahan prosesini izləmək üçün mediatur təşkil olunub (FOTO)

Cəmiyyət Materials 11 Yanvar 2016 12:00 (UTC +04:00)
Azərbaycan Texnologiya Universitetində (ATU) imtahan sessiyasının gedişini izləmək üçün mediatur keçirilib.
Azərbaycan Texnologiya Universitetində imtahan prosesini izləmək üçün mediatur təşkil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Texnologiya Universitetində (ATU) imtahan sessiyasının gedişini izləmək üçün mediatur keçirilib. Trend-in məlumatına görə, təhsil naziri Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə" əmrinə əsasən keçirilən mediaturda 10-dan artıq KİV nümayəndəsi iştirak edib.

Mediatur zamanı ATU-nun rektoru professor Akif Süleymanov KİV nümayəndələri və imtahanları müşahidə edən valideyinlərə məlumat verib ki, universitetdə 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi məqsədilə bütün zəruri addımlar atılıb, şəffaflığın qorunması üçün valideyinlərin iştirakına şərait yaradılıb. Kompüter vasitəsilə test üsulu ilə götürülən imtahanların gedişini hər bir tələbənin valideyni şəxsiyyət vəsiqəsini təqdim etməklə izləyə bilər. Yanvarın 29-dək davam edəcək imtahan sessiyasında qiymətləndirmə kredit sistemi əsasında aparılır. İmtahanların aparılmasına xüsusi təlimatlandırmadan keçmiş əməkdaşlar tərəfindən nəzarət olunur. Cavabların qiymətləndirilməsi isə İnformasiya Texnologiyaları Şöbəsi tərəfindən xüsusi proqram vasitəsilə həyata keçirilir, nəticələr həmin gün açıqlanır.

İlk dəfə imtahanları birbaşa müşahidə edən valideyinlər tələbələr üçün yaradılmış əlverişli şəraitdən, onların biliyinin qiymətləndirilməsinin şəffaf və effektiv təşklindən razılıqlarını dilə gətiriblər.

Media təmsilçiləri və valideyinlər universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib. Daha sonra valideyinlərin universitet rəhbərliyi ilə geniş tərkibli görüşü təşkil olunub. ATU-nun rektoru professor Akif Süleymanov son dövrdə rəhbərlik etdiyi ali təhsil ocağında tədrisin, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən, aparılan islahatlardan, həyata keçirilən proqram və layihələrdən danışıb. Rektor valideyinləri əmin edib ki, universitetin rəhbərliyi və professor-müəllim heyəti tərəfindən təkcə tələbələrdən imtahanların obyektiv şəkildə götürülməsi üçün yox, həmçinin onların imtahanlara daha səmərəli hazırlaşması üçün bütün tədbirlər görülür.

https://www.facebook.com/atuganja/posts/1088739791138111

Məqalədə:
Xəbər lenti

Xəbər lenti