...

"Bank VTB" kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Cəmiyyət Materials 19 Yanvar 2016 17:17 (UTC +04:00)
"Bank VTB" (Azərbaycan) kollektivi Şəhidlər xiyabanını ziyarət edib və şəhidlərin xatirəsini anıb.
"Bank VTB" kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Bakı. Trend:

"Bank VTB" (Azərbaycan) kollektivi Şəhidlər xiyabanını ziyarət edib və şəhidlərin xatirəsini anıb.

Bankdan Trend-ə verilən məlumata görə, 20 Yanvar faciəsinin 26-cı ildönümü ərəfəsində Bank VTB-nin (Azərbaycan) kollektivi yanvar hadisələrinin şəhidlərinin xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib. Başda İdarə Heyətinin sədri olmaqla, bankın kollektivi şəhidlərin məzarı üstünə gül qoyub.

"Bank VTB" (Azərbaycan) İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib: "20 yanvar 1990-cı il Azərbaycan tarixinin ən faciəli, eləcə də ən şərəfli səhifələrindən biridir. Məhz bu gün Azərbaycan xalqı həyatı bahasına azadlığa qovuşub. "Bank VTB" (Azərbaycan) qəhrəmancasına Azərbaycanın müstəqilliyini bərpa edən şəhidlərin xatirəsini yad edir".

"Bank VTB" (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları VTB Bank ASC və "AtaHolding" MMC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti