...

Şaxtalı havaya görə 22 zəncirvari yol qəza hadisəsi baş verib

Cəmiyyət Materials 27 Yanvar 2016 10:35 (UTC +04:00)
Ötən gündən bu gün səhər saatlarına qədər Bakı şəhəri üzrə yol və metereoloji şərait nəzərə alınmadığı üçün 22 zəncirvari yol qəza hadisəsi qeydə alınıb.
Şaxtalı havaya görə 22 zəncirvari yol qəza hadisəsi baş verib

Bakı. Elçin Mehdiyev - Trend:

Ötən gündən bu gün səhər saatlarına qədər Bakı şəhəri üzrə yol və metereoloji şərait nəzərə alınmadığı üçün 22 zəncirvari yol qəza hadisəsi qeydə alınıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, zəncirvari qəzalarda xəsarət alan olmayıb, avtomobillərə maddi zərər dəyib.

Onun sözlərinə görə, ötən gün həmçinin iki nəfərin xəsarət alması ilə nəticələnən toqquşma hadisəsi baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti