...

Azərbaycanda iki yeni komitə yaradılır

Cəmiyyət Materials 10 Fevral 2016 11:52 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində iki yeni texniki komitə yaradılacaq.
Azərbaycanda iki yeni komitə yaradılır

Bakı. Elçin Mehdiyev - Trend:

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində iki yeni texniki komitə yaradılacaq. Trend-in məlumatına görə, bunu Dövlət Komitəsinin aparat rəhbəri Arif Əşrəfov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hazırda Dövlət Komitəsinin nəzdində 9 texniki komitə fəaliyyət göstərir: "Hazırda enerji səmərəliliyi və yol nəqliyyatının tənzimlənməsi ilə bağlı yeni iki texniki komitənin yaradılması istiqamətində iş aparılır".

A.Əşrəfov həmçinin bildirib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb.

Şuraya A.Əşrəfov rəhbərlik edəcək. Şuranın tərkibinə 6 nəfər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti