...

Ali məktəblərin elmi uğurlarının qiymətləndirilməsi üçün yeni mexanizm

Cəmiyyət Materials 11 Fevral 2016 15:28 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ali məktəblərin elmi uğurlarının qiymətləndirilməsi mexanizmini hazırlayır.
Ali məktəblərin elmi uğurlarının qiymətləndirilməsi üçün yeni mexanizm

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Təhsil Nazirliyi ali məktəblərin elmi uğurlarının qiymətləndirilməsi mexanizmini hazırlayır. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Sabahın alimləri" V Respublika müsabiqəsinin açılışında çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, ali məktəblərin fəaliyyət göstəriciləri yalnız tələbələrin sayı ilə ölçülməli deyil: "Məktəblərin digər göstəricilərini ölçmək, onların elmi uğurlarının, cəmiyyətə verdiyi töhfələrin qiymətləndirilməsi üçün mexanizmlər hazırlayırıq. Ümid edirik ki, bu, gələcəkdə bizim ali məktəblər üçün çox faydalı olacaq".

M.Cabbarov qeyd edib ki, son illərdə olimpiada hərəkatına xüsusi önəm verilir. Respublika fənn olimpiadalarında iştirak edən şagirdlərin sayı artır. Bu sayın gələcəkdə daha da artacağına ümid etdiyini deyən nazir bildirib ki, bır sıra məşhur akademiklər artıq orta məktəblərdə dərs keçməyə başlayıblar.

Nazir elmlə təhsilin inteqrasiyası baxımından Təhsil Nazirliyinin AMEA ilə əməkdaşlığından razı qaldığını da açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti