...

Nazir Azad Rəhimov Qubada vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 12 Fevral 2016 12:21 (UTC +04:00)
Nazir Azad Rəhimov Qubada vətəndaşları qəbul edib.
Nazir Azad Rəhimov Qubada vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Nazir Azad Rəhimov Qubada vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin Mətbuat Katibliyindən Trend-ə verilən məlumata görə, bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri A.Rəhimov Qubada vətəndaşları qəbul edib.

Heydər Əliyev Mərkəzində baş tutan qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonlarından 30-dan artıq vətəndaş iştirak edib.

Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və iş ilə təminatla bağlı olub.

Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsində edilən müraciətlər sırasında olub.

İdman sahəsində edilən müraciətlər isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti