...

Sürücülərin nəzərinə: "Baku Bus" yeni layihəyə start verir

Cəmiyyət Materials 16 Fevral 2016 10:39 (UTC +04:00)
"Baku Bus" MMC 25-40 yaş arası "D" kateqoriyalı və ictimai nəqliyyatın idarə edilməsində minimum 3 illik əmək stajı olan sürücülərin hazırlığı üzrə idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə ödənişli proqram layihəsini təqdim edir.
Sürücülərin nəzərinə: "Baku Bus" yeni layihəyə start verir

Bakı. Trend:

"Baku Bus" MMC 25-40 yaş arası "D" kateqoriyalı və ictimai nəqliyyatın idarə edilməsində minimum 3 illik əmək stajı olan sürücülərin hazırlığı üzrə idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə ödənişli proqram layihəsini təqdim edir.

"Baku Bus" MMC-dən Trend-ə verilən məlumata görə, 10 gün davam edəcək təlimin sonunda "BakıBus" MMC-yə məxsus avtobuslarda xidmətə tam hazır olmaq artıq sürücülərin öz əlindədir.

MMC-nin Avstriyada təlim keçən peşəkar mütəxəssisləri bu işdə sürücülərin bələdçisi olacaq.

"Test&Training Azerbaijan" Sürücü Təlim Mərkəzi tərəfindən həyata keçirilən kurslar sürücülərə sürücülük peşəkarlığını artırmaq imkanı verəcək.

Məşgələlər "Yol hərəkəti qaydaları", "Nəzəri dərslər", "Praktiki məşğələlər", "Təhlükəsiz idarəetmə məşqləri" , "Psixoloji dərslər və ilk tibbi yardım", "Təhlükəsizlik qaydaları", "Şəhərdə sürmə Testi və baş vermiş qəzaların analizi" olmaqla 7 məşğələ mövzusunu əhatə edir.

"Baku Bus" MMC-də sürücü olmağa gedən yolda yaşıl işığı özünüz yandırın. Yerlər mahduddur.

Təlimlər üçün sürücülərə ən uyğun dərs qrafiki təklif edilir. Dərslər 12 nəfərlik qrup halında, təlim mərkəzində və müasir metodika ilə tədris olunacaq.

Təlimdən uğurla keçən sürücülər 4 ay müddətində "Bakı Bus" MMC-də işlə təmin olunacaqlar.

http://tta.az/ saytına daxil olub qeydiyyatdan keçə bilərsiniz.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 077250 0046 (48)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti