...

"Qafqaz Albaniyasında antik yaşayış məskənləri: biz nə bilirik" (FOTO)

Cəmiyyət Materials 18 Fevral 2016 15:33 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Qafqaz Albaniyasının intibahı” layihəsi çərçivəsində tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Çöl tədqiqatları sektorunun müdiri Təvəkkül Əliyevin mühazirəsini təşkil edib.
"Qafqaz Albaniyasında antik yaşayış məskənləri: biz nə bilirik" (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Qafqaz Albaniyasının intibahı" layihəsi çərçivəsində tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Çöl tədqiqatları sektorunun müdiri Təvəkkül Əliyevin mühazirəsini təşkil edib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Qafqaz Universitetində "Qafqaz Albaniyasında antik yaşayış məskənləri: biz nə bilirik" mövzusunda keçirilən mühazirə Azərbaycan albanşünaslarının uğurlarını, Qafqaz Albaniyasının öyrənilməmiş səhifələrini geniş auditoriyaya çatdırmaq məqsədi daşıyıb.

Tədbirdə iştirak edən tələbələr və universitetin professor-müəllim heyəti mühazirəni maraqla qarşılayıblar.

Mühazirəçi Qafqaz Albaniyasının antik yaşayış məskənləri haqqında maraqlı faktlar göstərərək qeyd edib ki, antik müəlliflər - Strabon, Böyük Plini, Ptolomey, Dion Kassi və başqaları əsərlərində Qafqaz Albaniyasının qədim yaşayış məskənləri barədə məlumat veriblər. Strabon 2, Ptolemey 29 alban şəhərinin adını çəkib, Böyük Plini isə Albaniyanın baş şəhərinin Qəbələ (Kabalaka) olduğunu göstərərək qeyd edib ki, bu şəhərlər inzibati, mədəni, ideoloji və iqtisadi mərkəzlər kimi ölkənin və xalqın sosial-iqtisadi həyatında mühüm rol oynayıblar.

Mövzu ətrafında geniş müzakirələr aparılıb. Suallara ətraflı cavab verən T.Əliyev sonda Bilik Fondunun "Qafqaz Albaniyasının intibahı" layihəsi çərçivəsində aparılan tədbirlərin əhəmiyyətini vurğulayaraq, bu tarixin araşdırılmasında həllini gözləyən məsələlərin hələ də çox olduğunu bildirib. Mühazirəçi tədqiq olunmamış yüzlərlə abidənin qaldığını, bu sirlərin açılmasının Azərbaycan albanşünaslarının əsas vəzifələrindən olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti