...

Bakıda avtobusun aşması nəticəsində xəsarət alanlar 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib

Cəmiyyət Materials 24 Fevral 2016 11:02 (UTC +04:00)
Bakının Nizami rayonu ərazisində marşrut avtobusunda baş verən qəza nəticəsində xəsarət alan 10 nəfərdən artıq sərnişin 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Bakıda avtobusun aşması nəticəsində xəsarət alanlar 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib

Bakı. Samir Əli - Trend:

Bakının Nizami rayonu ərazisində marşrut avtobusunda baş verən qəza nəticəsində xəsarət alan 10 nəfərdən artıq sərnişin 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Bu barədə Trend-ə xəstəxananın baş həkiminin müavini Əbülfəz Hüseynov məlumat verib.

Baş həkimin müavini bildirib ki, xəstəxanaya gətirilənlərin vəziyyəti ağırdır.

Nizami rayon Prokurorluğundan Trend-ə bildiriblər ki, hazırda prokurorluq əməkdaşları hadisə yerindədir. Hadisə nəticəsində hələlik 1 nəfərin öldüyü barədə prokurorluğa məlumat daxil olub. Hadisə nəticəsində yaralananların sayı isə məlum deyil.

Xatırladaq ki, bu gün səhər saatlarında 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu Nizami rayonu ərazisində minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobus aşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti