...

"Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği" adlı layihə Qubada (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2016 13:24 (UTC +04:00)
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Quba rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba şəhərində "Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği" adlı layihənin icrasını davam etdirərək Quba Tarix-Diyarşünaslıq Muzeyində konfrans keçirib.
"Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği" adlı layihə Qubada (FOTO)

Bakı. Trend:

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Quba rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba şəhərində "Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği" adlı layihənin icrasını davam etdirərək Quba Tarix-Diyarşünaslıq Muzeyində konfrans keçirib.

Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları ilk öncə Xocalı soyqırımı zamanı şəhid olmuş insanların xatirəsini yad etdikdən sonra dövlət himnini ifa etdilər.

Konfransı giriş sözü ilə Quba rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yəhyayeva Aynur tədbir iştirakçılarını salamladıqdan sonra, Quba rayonunda multikulturalizmi ilə bağlı keçirilən üçüncü tədbir olduğunu bildirdi. Natiq qeyd edib ki, bu cür tədbirlərin Quba Tarix-Diyarşünaslıq Muzeyində keçirilməsi heç də təsadüfü olmadığını və Quba şəhəri artıq dünyada qədim tarixə malik şəhər olmaqla yanaşı həm də tolerantlığın nümunələrindən biri kimi tanınır.

TUMİB-in sədri Çingiz Bayramov çıxışında layihənin məqsədi haqqında məlumat verərək bidirib ki, Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan, müxtəlif etnik xalqların və dini icmaların mehribancasına birgə yaşadığı Quba şəhəri bu gün dünyada tolerantlığın mərkəzlərindən biri kimi tanınır. Natiq qeyd etdi ki, çox sevindirici haldır ki, Azərbaycaçılığın təməllərindən biri olan Azərbaycan multikulturalizmi bu gün ümmubəşri bir ideologiya kimi formalaşmaqda və dünyanın bir çox inkişaf etmiş ölkələri tərəfindən öyrənilməkdədir.

Konfransda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şimal bölgəsi üzrə aparıcı məsləhətçisi Ramin Xudayev, TUMİB-in idarə heyətinin üzvü Seymur Verdizadə, təhsil üzrə ekspert Ragib Sarı, Quba Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məryəm Hacıyeva, orta məktəb müəllimi Vaqif Mürşüdov ,TUMİB-in Mətbuat Xidətinin rəhbəri Səbinə Novruzzadə və TUMİB-in layihələrin idarə olunması üzrə rəhbəri Raida Hüseynova çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini və Azərbaycan multikulturalizm siyasətinin region gəncləri arasında daha dərindən mənimsənilməsi üçün bu cür tədbirlərin davam etdirilməsinin zəruri olduğunu bildiriblər. Natiqlər öz çıxışlarında Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsinin heç də təsadüfi olmadığını və bunun ölkəmizdə dərin tarixi köklərinin olmasını qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti