...

"Biz ədalət tələb edirik!" (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2016 20:08 (UTC +04:00)
“Biz ədalət tələb edirik!” mövzusunda keçirilmiş rəsm müsabiqəsinə yekun vurulub.
"Biz ədalət tələb edirik!" (FOTO)

Bakı. Trend:

7-23 fevral tarixlərində Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Aktau şəhərində uşaq və yeniyetmə rəssamlar arasında "Biz ədalət tələb edirik!" mövzusunda keçirilmiş rəsm müsabiqəsinə yekun vurulub.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, rəsm müsabiqəsində Aktau şəhərinin Dövlət Uşaq İncəsənət məktəbinin, Abıl adına Qazax İncəsənət məktəbinin, "Önər" Art-Qalereyasının, "Darın" Uşaq inkişafı Mərkəzinin, həmçinin Manqistau vilayətinin Beyneu şəhər Baktıbayuli adına, Akşakur qəsəbəsinin Ayşuakulu adına, Jetibay və Tupkaraqan qəsəbələrinin incəsənət məktəblərindən 300-ə yaxın yeniyetmənın rəsmləri təqdim olunub. 23 fevral tarixində Qazaxıstan Rəssamlar İttifaqının üzvləri Aymurat Tanatov və Tınışbek Baltabayevin, həmçinin Baş konsulluğun rəhbəri Elxan Zeynalovun daxil olduğu münsiflər heyəti tərəfindən rəsmlər qiymətləndirilib.

Müsabiqənin yekununa görə, 7-9 yaşlı uşaqlar arasında qalib Abıl adına Qazax İncəsənət məktəbinin şagirdi Şanşarxan Raxmatulla, 10-13 yaşlılar arasında "Darın" Uşaq inkişafı Mərkəzinin şagirdi Akbota Berdıkojakızı və 14-19 yaşlılar arasında isə Aktau Dövlət Uşaq İncəsənət məktəbinin şagirdi Dana Musina qalıb gəliblər. Bundan əlavə, hər yaş qrupundan daha iki nəfər 2-ci və üç nəfər 3-cü yerlərə layiq görülüb.

Müsabiqənin qran-pri mükafatına "Önər" Art-Qaleleriyasının şagirdi Ləzzət Nurqamanbetovanın "Xatırlayırıq, sevirik, kədərlənirik!" ("Помним, любим, скорбим!") rəsmi layiq görülüb.

Müsabiqədə iştirak etmiş rəsmlər Aktau şəhərinin "Önər" Art-Qaleleriyasının Sərgi salonunda nümayiş etdiriləcək. Qaliblər Baş konsulluq tərəfindən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində 24 fevral tarixində keçiriləcək anım mərasimində fəxri fərmanlarla təltif olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti