...

Kulinarlarımız növbəti beynəlxalq yarışdan medallarla qayıdıblar (FOTO)

Cəmiyyət Materials 29 Fevral 2016 16:34 (UTC +04:00)
Kulinarlarımız növbəti beynəlxalq yarışdan mükafatlarla qayıdıblar.
Kulinarlarımız növbəti beynəlxalq yarışdan medallarla qayıdıblar (FOTO)

Bakı. Trend:

Azərbaycan Milli Kulinariya Mərkəzinin beynəlxalq çempionatlarda uğurlu çıxışına həsr edilmiş mətbuat konfransı təşkil edilib.

Türkiyənin İstanbul şəhərində və Maltada təşkil olunmuş bu yarışlarda ölkəmizi təmsil etmiş heyət komanda və fərdi şəkildə mübarizə aparıb.

Kulinarlarımızın müsabiqədə təqdim etdiyi bütün xörəklər "Azərsun Holdinq" tərəfindən istehsal olunan "Super Sun" və "Zeytun bağları" yağlarının istifadəsi ilə hazırlanıb. Milli kulinariya komandamızın beynəlxalq festivallarda və yarışlarda əldə etdiyi uğurlu nəticələrdə də çox böyük rol oynayan bu yağlarla hazırlanmış yeməklər gözəl tamı ilə növbəti dəfə hər kəsin rəğbətini qazanıb.

Kulinarların bildirdiyinə görə, yarışda uğurun əldə olunmasında "Azərsun Holdinq" tərəfindən istehsal olunan bu məhsullar xüsusi rol oynayıb.

Qeyd edək ki, ölkəmizi təmsil edən kulinarlar Vətənə 1 qızıl, 4 gümüş, 13 bürünc medalla qayıdıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti