...

"AtaTravel" beynəlxalq sərgidə iştirak edib (FOTO)

Cəmiyyət Materials 29 Mart 2016 17:34 (UTC +04:00)
“AtaTravel” MMC "Conde Nast Traveller Luxury Travel Fair" beynəlxalq sərgisində iştirak edib.
"AtaTravel" beynəlxalq sərgidə iştirak edib (FOTO)

Bakı. Trend:

"AtaTravel" MMC Moskvada keçirilən Conde Nast Traveller Luxury Travel Fair beynəlxalq sərgisində iştirak edib. Lüks klass turizminin bütün aspektlərinə həsr olunmuş bu sərgi 22 mart 2016-cı il tarixində baş tutub.ğSərgi çərçivəsində bir günlük lüks klass turizm biznesinin peşəkarlarını bir araya gətirən qapalı tədbir keçirilmişdir.

"AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev qeyd edib ki, bu tədbir turizmlə məşğul olan təşkilatlar üçün mühüm əhəmiyyətə malikdir, belə ki, sərgi iştirakçıları yeni tərəfdaşlarla tanış olur, işgüzar əlaqələr qurur və öz peşə təcrübələrini genişləndirirlər: "Şirkətimiz "Conde Nast Traveller Luxury Travel Fair" sərgisində rus və ingilis dillərində prezentasiya materialları ilə təqdim olundu"

Sərgi çərçivəsində Yaponiyanın ən iri turizm şirkəti olan H.İ.S. International Tours.ru-nun nümayəndəsi Maruf Umarov ilə qarşılıqlı əməkdaşlıqla bağlı uğurlu danışıqlar aparılıb. Görüş zamanı V.Əliyev Azərbaycanın gözəl təbiəti, müalicəvi məkanları, zəngin tarixi, mədəniyyəti və mətbəxi, qonaqpərvər insanları haqqında məlumat verib. Danışıqların yekununda əməkdaşlıq çərçivəsində qarşılıqlı infoturların keçirilməsi planlaşdırılıb. "Excelsior Hotel Baku" hoteli info turun tərəfdaşı kimi iştirak edəcək.

"Conde Nast Traveller Luxury Travel Fair" sərgisinin iştirakçıları turizm biznesinin inkişaf sahəsindəki ən yeni meyillər haqqında məlumatlandırılıb, 10-a yaxın sahənin nümayəndələri ilə təcrübə mübadiləsi aparıblar, dünyanın müxtəlif yerlərindən gəlmiş turizm üzrə nüfuzlu mütəxəssislərin mühazirələrində iştirak ediblər.

Sərgidə Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan, Litva, Layviya və Estoniyadan professional seçim keçmiş 800-dən artıq qabaqcıl turizm sənayesi nümayəndəsi, elit turizminin müxtəlif kateqoriyalarında xidmət liderləri - mehmanxana şəbəkələri və assosiasiyaları, lüks klass hotel və kurortları, konsyerj xidmətləri, aviaşirkətlər və biznes-aviasiya, tibbi və spa-klinikalar, kruiz şirkətləri, yaxta və limuzinlərin icarəsi, eksklüziv villaların icarəsi, turizm sahəsində eksklüziv mal və xidmətlər göstərən şirkətlər təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti