...

Nardaran Bilik Evində müəllimlərlə görüş keçirildi (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2016 19:19 (UTC +04:00)
Nardaran Bilik Evində Bilik Fondu və Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun əməkdaşlarının yerli müəllimlərlə görüşü keçirilib.
Nardaran Bilik Evində müəllimlərlə görüş keçirildi (FOTO)

Bakı. Trend:

Nardaran Bilik Evində Bilik Fondu və Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun əməkdaşlarının yerli müəllimlərlə görüşü keçirilib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, görüşdə təhsilin inkişafı, məktəblilərin vətənə yararlı fərd olaraq yetişdirilməsində ailənin, təhsil ocaqlarının, həmçinin cəmiyyətin rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Qonaqları salamlayan Nardaran qəsəbə 295 nömrəli tam orta məktəbin direktoru, millət vəkili Dilarə Cədrayılova gənc nəslin tərbiyəsində təhsillə yanaşı, mütəmadi olaraq maarifləndirici tədbirlərin də keçirilməsinə böyük ehtiyac olduğunu bildirib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Bilik Evində təşkil olunacaq kursların faydasından, yerli əhalinin Bilik Evinə cəlb olunmasının yollarından danışıb.

Pedaqoji kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət ayrılmasının vacibliyindən söz açan Təhsil Problemləri İnstitutunun direktor müavini Faiq Şahbazlı müəllimlərin müxtəlif təlimlərə fəal olaraq qoşulmasının səmərəsini vurğulayıb.

Tədbirdə "Ümumtəhsil məktəblərinin pedaqoji kadrlarının peşəkar inkişafı" mövzusunda Bilik Fondu və Təhsil Problemləri İnstitutunun birgə keçirməyi planlaşdırdığı seminar-treninqlər barədə məlumat verilib.

Təhsil sistemindəki islahatlardan və onların təlimin keyfiyyətinin yüksəldilməsində faydasından, həmçinin qarşıya çıxan problemlərdən bəhs edən Nardaran müəllimləri böyük həvəslə təlimlərə qatılacaqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti