...

Türkiyədə tələbələrin Ermənistanın son hərbi təxribatlarına etirazı (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2016 20:04 (UTC +04:00)
Türkiyənin Kocaeli vilayətində tələbələr etiraz aksiyası keçirib.
Türkiyədə tələbələrin Ermənistanın son hərbi təxribatlarına etirazı (FOTO)

Bakı. Trtend:

Türkiyənin Kocaeli vilayətində təhsil alan azərbaycanlı və türkiyəli tələbələr Heydər Əliyev Kültür Evinin qarşısına toplaşaraq Ermənistan ordusunun son hərbi təxribatlarına etiraz aksiyası ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Türkiyə və Azərbaycanın Dövlət bayraqlarını dalğanlandıran aksiya iştirakçıları "Qarabağ bizimdir!", "Yaşasın Türkiyə və Azərbaycan dostluğu və qardaşlığı!", "Azərbaycan bayrağını Qarabağdan asacağıq!", "Ümid sənədir ancaq, Azərbaycan əsgəri!" kimi şüarlar səsləndirib. Mitinq "Əsgər marşı"nın ifası ilə başlayıb. Daha sonra erməni silahlı birləşmələrinin təxribatları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin adları bir-bir səsləndirilib.

Aksiyada çıxış edənlər 1-5 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını və dinc əhalinin öldürülməsini qətiyyətlə pisləyib, işğalçı Ermənistandan təcavüzkarlıq siyasətindən əl çəkmək tələb edilib. Beynəlxalq qurumlar və təşkilatlar Ermənistanın işğalçı siyasətinə dair qətiyyətli mövqe nümayiş etdirməyə çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti