...

Qatar Airways Bakıdan Asiya istiqamətində uçuşları üçün endirim kampaniyasına start verib

Cəmiyyət Materials 22 Aprel 2016 16:31 (UTC +04:00)
Qatar Airways Azərbaycandakı müştərilərinə 6 ekzotik Asiya destinasiyasını kəşf etmək üçün xüsusi qiymət endirimi təklif edir.
Qatar Airways Bakıdan Asiya istiqamətində uçuşları üçün endirim kampaniyasına start verib

Bakı. Trend:

Qatar Airways Azərbaycandakı müştərilərinə 6 ekzotik Asiya destinasiyasını kəşf etmək üçün xüsusi qiymət endirimi təklif edir.

İstər macəra, istərsə də sadəcə istirahət etmək - məqsədindən asılı olmayaraq müştərilər Qatar Airways təyyarələrinin göyərtələrində xidmətin və lyuksun yeni səviyyəsi ilə tanış olacaq, dünyanın ən gənc hava donanmasında möhtəşəm qonaqpərvərliklə qarşılaşacaqdır. Hava yolu şirkəti Bangkok, Kolombo, Denpasar, Phuket, Kuala-Lumpur və Sinqapur istiqamətində Bakıdan səyahət edən müştərilərinə 35%-ə qədər endirim təklif edir.

Endirim kampaniyası çərçivəsində biletlərin satışı 20-30 aprel 2016 tarixlərində olub səyahət müddəti 20 apreldən 15 dekabr 2016 tarixinə qədər olacaqdır. Müştərilər endirimli qiymətə biletlərini qatarairways.com saytından, Qatar Airways satış ofisindən və turizm agentliklərindən əldə edə bilərlər.

Bakıdan qeyd edilmiş Asiya istiqamətlərinə səyahət edən müştərilər dünyanın ən yeni hava limanı olan Hamad Beynəlxalq Hava limanında rahat transfer imkanı əldə edəcəklər. Səyahət edənlərin ümumi səyahət təcrübəsini zənginləşdirmək məqsədiylə nəzərdə tutulmuş hovuz, otel, spa, 100-dən çox mağaza və restoranla birlikdə Hamad Beynəlxalq Hava limanı müştəriləri yeni xidmət standartı ilə qarşılayacaqdır.

Qətərin milli hava yolu şirkəti olan Qatar Airways dünyanın ən sürətlə böyüyən və ən gənc donanmaya sahib hava yolu şirkətidir. Fəaliyyətinin 19-cu ilində Qatar Airways 181 müasir təyyarə ilə 6 qitədə 150-dən çox istiqamətə mütəmadi uçuşlar təşkil edir.

Endirim kampaniyası ilə bağlı ətraflı məlumat əldə etmək üçün buraya daxil olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti