Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “ADA” Universitetinin məzun buraxılışı çərçivəsində “Qəhrəmanlar unudulmur” adlı tədbirdə iştirak edib

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “ADA” Universitetinin məzun buraxılışı çərçivəsində “Qəhrəmanlar unudulmur” adlı tədbirdə iştirak edib

Bakı. Trend:

Aprelin 29-da "Gülüstan" sarayında "ADA" Universitetinin məzun buraxılışı və "Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur" adlı tədbir keçirilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

"ADA" Universitetinin məzun buraxılışı daha bir vacib ənənə ilə üst-üstə düşdü - "Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur" adlı tədbir keçirildi. Bu gün həm də "ADA" Universiteti milli təhsilimizdə göstərdiyi xidmətin 10 illik yubileyini qeyd etdi.

Tədbir Azərbaycan Dövlət bayrağının salona gətirilməsi ilə başlandı. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

"ADA" Universitetinin prorektoru Emin Hüseynov bildirdi ki, bu gün universitet üçün böyük hadisədir. Bu il bakalavr üzrə ilk buraxılışdır. "Beynəlxalq təhsil sənəti" bakalavrı üzrə 20, "Biznes idarəçiliyi" bakalavrı üzrə 38 məzun buraxılır. Həmçinin 2 ixtisas üzrə 29 magistr olub. Onlar Azərbaycan, Əfqanıstan, Yaponiya, Keniya, Monteneqro, Qırğızıstan, Rusiya, Serbiya, Suriya, Zambiya ölkələrindəndir.

Məzunlara diplomlar təqdim edildi.

Rektor Hafiz Paşayev məzunları təbrik etdi.

"ADA" Universitetinin builki məzun buraxılışı Fikrət Əmirovun "1001 gecə" baletindən fraqmentin səsləndirilməsi ilə müşayiət olundu.

Sonra çıxış edən "ADA" Universitetinin birinci prorektoru Qalib Məmmədov Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı apardığı mübarizədən danışdı. Vətən uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qalib Məmmədov bildirdi ki, "ADA" Universiteti bu dövlətin, bu xalqın sayəsində yaradılıb. Buna görə də təhsil ocağı istedadlı gəncləri tapıb oxutmalıdır. Bu məqsədlə təqaüd fondu təsis edib. İki həftə ərzində bu fonda 1 milyon manatdan çox vəsait toplanıb. İlin sonunadək həmin vəsaitin 3 milyon manata çatacağı gözlənilir. Bu vəsaitin hesabına Vətən uğrunda şəhid olanların övladları təhsil alacaq.

Qeyd edək ki, "ADA" Universitetinin tələbələri tədris ili ərzində vətəndaşlıq məsuliyyəti və ictimai fəallığa istiqamətlənən layihələr həyata keçirir. Bu il də istisna olmayıb. Ən yaxşı layihələr müəllim və tələbələrdən ibarət münsiflər heyəti tərəfindən seçilib və Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülüb. Builki qaliblər 22 layihə arasından seçilib. Mükafata layiq görülən layihələrlə tanışlıqdan sonra Hacı Zeynalabdin Tağıyev mükafatının təqdimatı keçirildi. İki layihə birinci yerə layiq görüldü.

Tədbirdə Azərbaycan maarifçiliyində xidmətləri olan şəxslər haqqında məlumat verildi. "ADA" Universitetinin məzunları haqqında videoçarx nümayiş olundu.

Tədbirin bayram əhval-ruhiyyəsini artıran dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Musiqi Akademiyasının gənclər kamera orkestrinin ifasında Aqşin Əlizadənin "Cəngi", Qara Qarayevin "İldırımlı yollarla" baletindən musiqi parçaları oldu.

Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə dəfələrlə qayıdıldı. Bildirildi ki, aprelin əvvəlində bütün dünyanın gözü Azərbaycanda idi. Dörd gün bütün Azərbaycan ayaq üstə idi. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs müqaviləsi imzalandıqdan indiyədək son 22 il ərzində ən irimiqyaslı döyüşlər baş verdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir sıra strateji yüksəkliklər, həmçinin yaşayış məntəqələri üzərində nəzarət ələ keçirildi. Milli Ordumuz bizə qələbə sevinci yaşatdı. Amma bunun ağrı-acısı da oldu. Şəhidlik zirvəsinə ucalmış igid oğulların xatirəsi Qara Qarayevin "Matəm odası" əsərinin müşayiəti ilə anıldı.

"ADA" Universitetinin 10 illik yubileyi ilə əlaqədar çıxış edən akademik Roald Saqdeyev universitetin rektoru, professor Hafiz Paşayevlə onun hələ müstəqil Azərbaycanın Birləşmiş Ştatlarda ilk səfiri olarkən görüşlərini, söhbətlərini xatırlatdı. Diqqətə çatdırdı ki, söhbətlərdən birində Hafiz Paşayev öz arzusu ilə bölüşdü və bu arzusunun Azərbaycanda diplomatik akademiyanın açılması olduğunu bildirdi. Bu gün isə bu arzu artıq reallığa çevrilib və "ADA" Universiteti öz 10 illik yubileyini qeyd edir. "Mən bu arzunun gerçəkləşəcəyinə inanırdım, amma özümün burada dərs deyəcəyimi təsəvvür etməzdim", - deyən Roald Saqdeyev çıxışını Benjamin Franklinin "Öz pul kisəni beyninə boşalt. Biliyə sərmayədən yaxşı heç nə yoxdur" sözləri ilə yekunlaşdırdı.

"ADA" Universitetinin rektoru Hafiz Paşayev universitetin ilk bakalavr sinfinin məzun olması münasibətilə sevinc hissi keçirdiklərini bildirdi. Qeyd etdi ki, tədbirin bu əzəmətli sarayda keçirilməsinin rəmzi mənası var. Belə ki, 1994-cü ildə "Gülüstan" sarayında "Əsrin müqaviləsi"nin imzalanması olub. Məhz bu zalda uzaqgörən lider Heydər Əliyev müasir Azərbaycanın təməl daşını qoyub. Məhz burada ölkənin "qara qızıl" sərvətinin çətinliklə qazanılmış müstəqilliyimizin möhkəmlənməsinə yönəlməsi haqda qərar imzalanıb. Onun nəticəsidir ki, bu məkanda keçirilən mərasim "insan qızılı" haqqındadır. Prezident İlham Əliyevin Diplomatik Akademiyanın yaradılması ilə bağlı tapşırığından söhbət açan Hafiz Paşayev o vaxt bu istiqamətdə atılan addımlardan danışdı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi. Məzunları və valideynləri təbrik edən Mehriban Əliyeva ölkəmizdə təhsil sahəsinə göstərilən diqqətdən danışdı. Hər bir ölkənin, millətin gücünün onun intellektual potensialında olduğunu deyən Azərbaycanın birinci xanımı ölkəmizin bütün sahələrdə inkişaf etdiyini bildirdi.

Tədbirdə Müslüm Maqomayevin "Azərbaycan" mahnısı səsləndi.

Mərasim atəşfəşanlıqla yekunlaşdı.

Oktyabrın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Oktyabrın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Unibankın biznes müştəriləri hesablararası köçürməni saniyələr ərzində edəcək!
Unibankın biznes müştəriləri hesablararası köçürməni saniyələr ərzində edəcək!
Kapital Bank 2020-cu ilin üçüncü rübünün nəticələrini elan edib
Kapital Bank 2020-cu ilin üçüncü rübünün nəticələrini elan edib
Loading Bars
Xəbər lenti
İsraildə koronavirusa yoluxanların sayı 304 min nəfəri ötüb
Çempionlar Liqası 2024-cü ildən etibarən 36 komandaya qədər genişləndirilə bilər
Düşmənin zirehli texnikaları məhv edilib (VİDEO)
Argentinada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb
Peyvənd üzrə "COVAX" təşəbbüsünə 184 ölkə qoşulub
UEFA koronavirus pandemiyası fonunda mükafat fondunu beş illik azaldır
ABŞ İran üzrə "qara siyahı"nı genişləndirib
Alyaska sahillərində 7,4 bal gücündə zəlzələ olub
Təmas xəttində top mərmiləri, dron və partlamış mərmi qalıqları aşkarlanıb (FOTO)
BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarəti müzakirə edib
Moskvada koronavirusdan daha 49 nəfər ölüb
Tramp Sudanı terrorizmin sponsorları siyahısından çıxaracağını açıqlayıb
İngiltərə Premyer Liqasında koronavirusa daha 8 yoluxma halı qeydə alınıb
"OPEC plus" ölkələri sazişi tam şəkildə icra etmək barədə razılığa gəliblər
Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlər (VİDEO)
Praqa azərbaycanlı şəhid uşaqların “sahibsiz ayaqqabıları”na şahidlik etdi (FOTO)
“Əsgərə Məktub Online” layihəsi fəaliyyət göstərir (VİDEO)
Prezidentə yazırlar: Bu günlərdə xalqımıza yaşatdığınız hədsiz sevinc və qürur hislərinə görə Sizə minnətdarıq
Türkiyədə koronavirusdan sağalanların sayı 304 min nəfəri ötüb
Prezident İlham Əliyev: Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar
Azərbaycan Prezidenti hərbi müşahidəçilərin yerləşdirilməsi məsələsinə münasibət bildirib
Azərbaycan Prezidenti: Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsi təəccüblüdür
Ədliyyə naziri Almaniyanın ölkəmizdəki səfirini Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıb
Azərbaycan Prezidenti: Ermənistana silah ötürülməsində erməni mənşəli rusiyalı iri sahibkarların və məşhur silah alverçilərinin əli var
Alman deputatların Qarabağa qanunsuz səfəri Bundestaqın özü tərəfindən ciddi qınaqla qarşılanmalıdır- Deputat
Azərbaycan Prezidenti: Son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər
Prezident İlham Əliyev: Kompromis paketin bir hissəsi olan Laçın dəhlizi ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik
Prezident İlham Əliyev: Ermənistan qoşunlarını işğal altındakı ərazilərdən çıxarmağa hazır olsa, müşahidəçilər məsələsinə baxıla bilər
Prezident İlham Əliyev: Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik
Prezident İlham Əliyev: Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur
Prezident İlham Əliyev: İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir
Bəzi ölkələr Ermənistana təzyiq etmək əvəzinə, Azərbaycanı mənasız atəşkəsə sövq edir - Səyavuş Heydərov
Azərbaycan Prezidenti: Bizə təklif edirlər ki, Ermənistana güzəştə gedək, birtərəfli güzəştə, lakin əvəzində bizə heç nə təklif edilmir
Prezident İlham Əliyev: Ermənistan vasitəçilərə və öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi
Azərbaycan Prezidenti: Biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masası arxasında həll etməyə hazırıq
Prezident İlham Əliyev: Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib
Xudafərinin işğaldan azad olunması Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha göstərdi - Deputat
Hazırda paytaxt yollarında ciddi sıxlıq müşahidə olunur
Suriya tayfaları Ermənistanın YPG kürdləri ilə ittifaqını pisləyib
Ceyhun Bayramovla Beynəlxalq Türk Akademiyasının prezidenti arasında telefon danışığı olub
MŞ AzTV-nin çəkiliş qrupunun erməni atəşinə məruz qalması ilə bağlı beynəlxalq media qurumlarına müraciət edib
Baş Nazir Əli Əsədov Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb (FOTO)
Paşinyan məğlubiyyətini etiraf edib və danışıqlara hazırdır
Şahdağ Milli Parkının ərazisində yanğın başlayıb
Ermənistanın Gəncədə törətdiyi təcavüz beynəlxalq ictimaiyyət tərəfindən pislənilir
Norveçdə koronavirusun yeni mutasiyası aşkar edilib
XİN: Bundestaq üzvlərinin Qarabağa qanunsuz səfəri ilə bağlı Almaniya XİN-ə nota veriləcək
A-Qroup-un sığorta mükafatı yenə də artdı
Ermənistan Dağlıq Qarabağda itkilərinin yeni siyahısını açıqlayıb
Bütün dünya bilir ki, haqlı və ədalətli mövqe Azərbaycan tərəfindədir - Bahar Muradova
Döyüşlərdə iştirak edən şəxsi heyət arasında aparılan təbliğat və təşviqat işləri davam edir (FOTO)
Oktyabrın 20-də manatın dollara qarşı məzənnəsi
Ermənistanı masa arxasında işğalçı dövlət kimi otuzdurmaq lazımdır - Sevil Mikayılova CNN Türk telekanalına müsahibə verib (VİDEO)
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
Ombudsman Səbinə Əliyavanın Vladimir Şkolnikovla video konfrans formatında görüşü olub (FOTO)
Ermənistanın mülki əhaliyə qarşı hücumları ilə bağlı aidiyyəti qurumlara müraciətlər ediləcək - Hikmət Hacıyev
Özbəkistan parlamentinin Sədri Ermənistanın Gəncəni artilleriya atəşinə tutması ilə bağlı narahatlığını bildirib
Yanvar-sentyabr aylarında 163 min şəxsə e-qaydada fərdi hesab açılıb
Rusiya Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tezliklə razılaşdırılmasına ümid edir - Lavrov
Növbəti aylarda koronavirusla bağlı vəziyyət insanların tövsiyələrə necə əməl etməsindən asılıdır - Hande Harmancı
Erməni əsirlərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb - Prezidentin köməkçisi
Səfir: Beynəlxalq hüquq müharibədə mülki vətəndaşların ölümünə səbəb olmamağa çağırır (FOTO)
Prokurorluq AzTv-nin əməkdaşının yaralanması ilə bağlı məlumat yaydı: Daha 3 nəfər də yaralanıb
Azərbaycan beynəlxalq əhəmiyyətli neft və qaz layihələrinin təhlükəsizliyini təmin edir - Hikmət Hacıyev
Vüqar Rəhimzadə: Ermənistanı silahlandırıb onun işğalçılıq siyasətinə vasitəçi olmağın özü böyük cinayətdir
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Baş prokuror Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
Ağdamda ermənilər AzTV-nin çəkiliş qrupunu atəşə tutdu, jurnalist yaralandı (VİDEO)
Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir - Hikmət Hacıyev
XƏBƏRDARLIQ: Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir
Azərbaycan Ordusu ermənilərin atıb qaçdığı daha bir neçə hərbi texnikanı ələ keçirdi (FOTO)
99 müəssisədə COVID-19-la bağlı qayda pozuntuları aşkarlandı
“ASAN xidmət” təmsilşisi BMT-nin iclasında erməni təxribatlarından danışdı (FOTO)
Kolleclərin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün başa çatır
Gəncə İH erməni terroru nəticəsində şəhərə dəymiş ziyanı açıqladı
İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib
Biz bu münaqişəni gələcək nəsillərə saxlamamalıyıq - Hikmət Hacıyev
Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur - General-mayor Hüseyn Mahmudov
Yol polisi Bakıda sərnişindaşıma sirkətlərinə müraciət edib
Yeni dastan yazan ordumuza “Gazelli Group”dan özünəməxsus dəstək
Özünüməşğulluq proqramının iştirakçıları biznesin inkişafı üçün KOBİA-nın dəstək və xidmətlərindən istifadə edə bilər
Türk Ticarət və Sənaye Palatasının sədrindən Prezident İlham Əliyevə məktub ünvanlanıb
Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirib - Elçin Əmirbəyov
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır
Azərbaycan mülki əhalini hədəfə almır, yalnız hərbi hədəflərə istiqamətlənir - Prezidentin köməkçisi
İTAZERCOM-un rəhbəri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb
Ermənistan dövlət səviyyəsində Azərbaycanın mülki əhalisinə qarşı terror aktları həyata keçirir - Hikmət Hacıyev
Azərbaycanda 331 nəfər COVID-19-a yoluxdu, 107 nəfər sağaldı, 4 nəfər vəfat etdi
Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 61 oldu
ADA Universitetində ermənilərin Gəncə terroru ilə bağlı diplomatlarla görüş keçirilib (FOTO)
Gəncədə dağılmış ev və obyektlərin sayı açıqlandı - RƏSMİ
YAP 50-dən çox siyasi partiya və beynəlxalq təşkilata müraciət ünvanladı
İranda koronavirus həyəcanı: Sutka ərzində ölənlərin sayı 337 nəfərə yüksəldi
Dünya ictimaiyyəti Azərbaycan gənclərinin kampaniyasını dəstəkləyib (FOTO)
Kaliforniyada işğalçı Ermənistanın Gəncə terroruna etiraz olaraq avtoyürüş keçirilib
İyirmidən çox asteroid Yerə yaxınlaşır
Azərbaycan və Türkiyə parlament sədrləri arasında görüş olub (FOTO)
İranlı deputat: Ermənistanın Gəncəyə raket hücumu qorxaqlıq əlamətidir
Xalq və rəşadətli ordumuz öz qələbə salnaməsini yazır - Deputat
Braziliyanın telekanalında Azərbaycan multikulturalizmindən danışılıb
Bütün xəbərlər