...

Xəzərin ekoloji böhranına dair səylərin cəmləşdirilməsinə zərurət var (FOTO)

Cəmiyyət Materials 2 May 2016 13:53 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda Avropa Komisiyasının “HORIZON-2020” proqramının “PRIDE” adlı layihəsi çərçivəsində elmi seminar keçirilib.
Xəzərin ekoloji böhranına dair səylərin cəmləşdirilməsinə zərurət var (FOTO)

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda Avropa Komisiyasının "HORIZON-2020" proqramının "PRIDE" adlı layihəsi çərçivəsində elmi seminar keçirilib.

AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "Pont-Xəzərin biomüxtəlifliyi: çiçəklənmə və böhran" mövzusunda təşkil olunmuş tədbirə 15 ölkə - İngiltərə, Niderland, İspaniya, Fransa, İtaliya, Türkiyə və digər dövlətləri təmsil edən gənc alim və mütəxəssislər qatılıb.

Seminar iştirakçılarını institutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov tədbirin əhəmiyyətindən, mövzu üzrə Azərbaycanda aparılmış tədqiqatların perspektivliyindən danışıb.

Sonra beynəlxalq proqramın baş kuratoru, Niderlandı təmsil edən Frank Vesselinq Xəzər dənizinin ekoloji böhranına dair tədqiqatların gedişatından söhbət açıb, bu səylərin cəmləşdirilməsini böyük zərurət kimi diqqətə çatdırıb.

Bildirib ki, seminardan məqsəd məhz təcrübə mübadiləsi, elmi-potesnial imkanların birləşdirilməsi və tədqiqatların müştərək formada inkişaf etdirilməsidir.

F.Vesselinqin çıxışını yerli və əcnəbi alimlərin təqdimatında Xəzərin ekoloji problemlərinə dair elmi məruzələr davam etdirib.

GGİ-nin şöbə müdirləri - proqramın Azərbaycan tərəfindən kuratoru, AMEA-nın müxbir üzvü Elmira Əliyeva və coğrafiya elmləri doktoru Vagif Məmmədov, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Yelena Tagiyeva, həmçinin İngiltərədən Suzan Leroy, Niderlanddan Salomon Krunenberq, Gürcüstandan Aleksandr Qoqaladze, Cənubi Afrika Respublikasından Artur Sands və digərlərinin çıxışları seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.

Tədbirdən sonra alimlər üçün çöl ekspedisiyası təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti