...

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları "Heydər zirvəsi"ni fəth etdilər (FOTO)

Cəmiyyət Materials 9 May 2016 14:15 (UTC +04:00)
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə “Heydər zirvəsi”nə yürüş ediblər.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları "Heydər zirvəsi"ni fəth etdilər (FOTO)

Bakı. Samir Əli - Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə "Heydər zirvəsi"nə yürüş ediblər.

Xidmətdən Trend-ə verilən məlumata görə, yürüş iştirakçıları olan DTX əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Sonra Bakı şəhərindən Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin adını daşıyan, Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan "Heydər zirvəsi"nə yürüşə başlanılıb.

Yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib və çətin keçidləri olan zirvəyə qalxmaq üçün hazırlıq məqsədilə həmin ərazidə düşərgə salınıb. Qeyri-sabit və qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları tam heyətdə yüksək idman əhvali-ruhiyyəsi ilə mayın 8-də Ulu Öndərin adını daşıyan "Heydər zirvəsi"nə qalxaraq Ümummilli Liderin əziz xatirəsini yad ediblər və Azərbaycanın Dövlət Bayrağını ucaldıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti