...

Bakıda Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışı (FOTO)

Cəmiyyət Materials 9 May 2016 18:04 (UTC +04:00)
Bu gün Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları təşkil olunub.
Bakıda Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışı (FOTO)

Bakı. Trend:

Bu gün Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları təşkil olunub.

Trend-in məlumatına görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və Böyük Vətən müharibəsində Qələbənin 71 illiyi münasibəti ilə mayın 9-da saat 17:00-dan Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları təşkil olunub.

Trend-in məlumatına görə, paytaxt sakinləri və qonaqların marağına səbəb olan orkestrlərin çıxışları saat 19:00-dək davam edəcək.

Orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edirlər:

- Dənizkənarı Milli Park;
- Azadlıq meydanı ilə üzbəüz fəvvarələrin qarşısı;
- Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev adına park;
- Zərifə Əliyeva adına park;
- Zabitlər parkı;
- Fəvvarələr meydanı

Eyni zamanda bütün qarnizonlar və iri şəhərlərdə də hərbi orkestrlərin nümunəvi çıxışları planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti