...

İrandan Azərbaycana narkotik gətirən şəxsə 9 il cəza verildi

Cəmiyyət Materials 11 May 2016 14:28 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İran vətəndaşı Hüseyn Sərdarpur Sərxaranın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İrandan Azərbaycana narkotik gətirən şəxsə 9 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İran vətəndaşı Hüseyn Sərdarpur Sərxaranın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, H.S.Sərxaran Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, göndərmə) maddəsi ilə ittiham olunub. O, İrandan Azərbaycana narkotik keçirərkən həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti