...

Zığ dairəsi-Hava Limanı avtomobil yolunda 2000 eldar şamı əkilib (FOTO)

Cəmiyyət Materials 18 May 2016 10:21 (UTC +04:00)
Bakı şəhərinin Zığ dairəsi-Hava Limanı avtomobil yolunun mühafizə zolağında 2000 ədəd eldar şamı əkilib.
Zığ dairəsi-Hava Limanı avtomobil yolunda 2000 eldar şamı əkilib (FOTO)

Bakı. Trend:

Bakı şəhərinin Zığ dairəsi-Hava Limanı avtomobil yolunun mühafizə zolağında 2000 ədəd eldar şamı əkilib. Əkilən ağaclar "Azəravtoyol" ASC-nin tinglik sahələrində yetişdirilib.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, cari ilin əvvəlindən respublikanın avtomobil yollarının mühafizə zolağında 95 000 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

Yolların tikintisi zamanı ətraf mühitdən səmərəli istifadə olunması, təbii ehtiyatların itirilməsinin qarşısının alınması, meşə zolağını və bioloji müxtəlifliyi saxlamaq üçün qorunan torpaq sahələrinin sabit inkişaf prinsipləri, ətraf mühitə dəyən zərərin azaldılması, flora və faunanın qorunması, yola yaxın torpaqlarda baş verə biləcək sürüşmələrin və torpaq eroziyasının qarşısının alınması tədbirləri "Azəravtoyol" ASC tərəfindən hər zaman nəzərə alınıb və bundan sonra da bu çərçivədə diqqət daha da artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti