...

TUMİB Siyəzən şəhərində konfrans keçirib (FOTO)

Cəmiyyət Materials 19 May 2016 11:02 (UTC +04:00)
Siyəzən rayon Gənclər Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) tərəfindən konfrans keçirilib.
TUMİB Siyəzən şəhərində konfrans keçirib (FOTO)

Bakı. Trend:

Siyəzən rayon Gənclər Mərkəzində "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) tərəfindən konfrans keçirilib. İctimai Birlikdən Trend-ə verilən məlumata görə, Siyəzən rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə "Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği" adlı layihə çərçivəsində reallaşan tədbirdə İctimai Birliyin, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin, Rayon İcra Hakimiyyətinin, yerli idarə, təşkilat və ümumtəhsil məktəblərinin, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də fəal gənclər iştirak etmişdir.

Rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov əvvəlcə konfransı giriş sözü ilə açaraq, qonaqları iştirakçılara təqdim etmişdir. Daha sonra konfrans iştirakçıları tərəfindən Vətənin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunaraq, dövlət himni səsləndirilmişdir.

Tədbirdə həmçinin, TUMİB-in sədri Çingiz Bayramov, İctimai Birliyin hüquqşünası Orxan Vəliyev, mətbuat xidmətinin katibi Novruzzadə Səbinə, Birliyin Gənclər Mərkəzinin sədr müavini Pənalıyev Samir, TUMİB-in üzvü Türkan İsmayılova, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev, Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aqil Abdulov və Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova çıxış edərək, bildirdilər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan multikulturalizm siyasəti Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini və Azərbaycan multikulturalizm siyasətinin region gəncləri arasında daha dərindən mənimsənilməsi üçün bu cür tədbirlərin davam etdirilməsinin zəruri olduğunu bildiriblər. Natiqlər öz çıxışlarında Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsinin heç də təsadüfi olmadığını və bunun ölkəmizdə dərin tarixi köklərinin olmasını qeyd ediblər. Çıxışçılar qeyd ediblər ki,. müasir cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməz. Bu baxımdan Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Məhz bunun sübutlarından biridir ki, burada ölkənin milli mədəniyyətinə uğurla inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər.

Tədbirin sonunda Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov belə bir tədbirin rayonda təşkil olunmasına görə İctimai Birliyin nümayandələrinə və konfrans iştirakçılarına öz minnətdarlığını bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti