...

"Bakı Metropoliteni"nin yeni stansiyası nə zaman açılacaq?

Cəmiyyət Materials 23 May 2016 11:02 (UTC +04:00)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yeni istifadəyə verdiyi "Bənövşəyi xətt" üzrə növbəti stansiyanın tikintisini davam etdirir.
"Bakı Metropoliteni"nin yeni stansiyası nə zaman açılacaq?

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yeni istifadəyə verdiyi "Bənövşəyi xətt" üzrə növbəti stansiyanın tikintisini davam etdirir. Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda həmin xətt üzrə inşa edilən, hələlik B-3 adlandırılan stansiya Cəlil Məmmədquluzadə küçəsində, Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalının qarşısındakı stansiyadır: "Stansiya 2018-ci ildə istifadəyə veriləcək. Yeni stansiya "Atovağzal" və "Memar Əcəmi" stansiyalarının hərəkət etdiyi Bənövşəyi xəttin davamıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti