Tərcümə Mərkəzinin "Bildirçin və payız" kitabı Misir Ali Təhsil Nazirliyinin xüsusi diplom və medalına layiq görülüb

Tərcümə Mərkəzinin "Bildirçin və payız" kitabı
Misir Ali Təhsil Nazirliyinin xüsusi diplom və medalına layiq görülüb

Bakı. Trend:

Misir Ərəb Respublikasının Azərbaycandakı Misir Mədəniyyət Mərkəzində müasir ərəb ədəbiyyatının banisi, görkəmli Misir yazıçısı, müsəlman yazarlarının ilk Nobel mükafatı laureatı Nəcib Məhfuzun, Azərbaycanda ilk dəfə işıq üzü görən "Bildirçin və payız" kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzindən məlumat verilib.

Tədbirdə Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab Heysam Cəlal, İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nassar əl-Habaşneh, Sudan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Elias Məhəmməd əl-Haq, Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami, Fələstin dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri Abdulla Yasim əl-Şəmsi, İraq Respublikasının Azərbaycan Respublikasındakı konsulu Abdul Hakim İsmayıl, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Bədr Əbdüləziz əl-Mufayrici, ölkənin elm, təhsil və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Misir Mədəniyyət Мərkəzinin direktoru, Misir ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami Elaydi açаrаq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin son iki ildə ədəbi mübadilələr istiqamətində gördüyü işlərdən, Misir Mədəniyyət Mərkəzinin Tərcümə Mərkəzi ilə qarşılıqlı layihələrindən danışıb.

Sonra söz çıxışçılara verilib. Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab Heysam Cəlal yazıçının həyat və yaradıcılığından, toxunduğu mövzuların əhəmiyyətindən söz açıb: "Nəcib Məhfuz yaradıcılığı təkcə Misir cəmiyyətini əsk etdirmir, o, bütün ərəb dünyasının yaşayış tərzinə, mədəniyyətinə güzgü tutur. Əminəm ki, onun əsərlərinin Azərbaycan dilinə tərcümə olunması, ümumiyyətlə bu cür maarifpərvər tədbirlərin keçirilməsi iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək".

Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, Mərkəzin dünya ölkələri ilə qurduğu ədəbiyyat mübadilələrindən, gələcək layihələrdən söz açıb:

"Bu gün dünya gərgin zaman və hadisələr burulğanları yaşamaqdadır. Müharibələr, terror, qaçqınlıq, siyasi, sosial ədalətsizlik bəşəriyyəti çıxılmazlıqlarla üz-üzə qoyub. Bütün bu hadisələr fonunda ədəbiyyata, bədii sözə, fikrə üz tutması, pənah gətirməsi insanlıq üçün bir xilasdır. Ədəbiyyatın milliyyəti yoxdur. Dünya xalqları arasında qarşılıqlı anlaşmanın, dostluq və qardaşlıq münasibətlərinin ən qısa və ən etibarlı yolu məhz ədəbiyyatdır.

2014-cü ilin may ayında ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanıyla Tərcümə Mərkəzinə yeni status verildi. Bu Fərman Azərbaycanın dünyayla ən vacib körpülər vasitə ilə - ədəbiyyatla əlaqəyə girməsinə geniş imkanlar açdı. Ərəb dilinə və ədəbiyyatına Azərbaycanda həmişə maraq olub və yenə də var. Ərəb dili bizim üçün, eləcə bütün dünya üçün, ilk növbədə Quran dilidir. Və bu dildə yazılan bütün yazılar, düşünürəm, müqəddəsdir."

Daha sonra İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nassar əl-Habaşnehə söz verildi: "Azərbacan və ərəb dünyası arasında din və dil baxımından dərin, tarixi əlaqələr mövcuddur. Bu cür ideoloji layihələrin uğuru qardaşlığımızın, ədəbi və mədəni əlaqələrimizin gələcəyinə, perspektivlərinə böyük inam və nikbinlik aşılayır."

Sudan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Elias Məhəmməd əl-Haq da, öz növbəsində belə bir kitabın ərsəyə gətirilməsini yüksək dəyərləndirərək, Tərcümə Mərkəzinə minnətdarlığını bildirdi: "Nəcib Məhfuz deyirdi ki, o, 2 mədəniyyətin övladıdır, onlardan birinin ömrü 700, o birinin isə 1200 ildir. Onun tərcümələri bütün təbəqələrdən olan misirliləri dünyaya tanıtdı. Mən Tərcümə Mərkəzini Azərbaycanla dünya arasında hər sahədə həyata keçiriləcək layihələr üçün əhəmiyyətli bir qanad hesab edirəm. Ümidvaram, gələcəkdə Tərcümə Mərkəzi ilə təhsil sahəsində də mübadilələr aparacağıq."

Şərqşünas-alim, BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev Azərbaycanda ərəb dilinə, ərəb poeziyasına olan maraqdan bəhs etdi. Nəcib Məhfuzun, ərəb ədəbiyyatının görkəmli şəxsiyyəti olmaqla yanaşı, öz əsərləri ilə, öz mütəfəkkiriyi ilə dünya xalqlarının yaxınlaşmasına yardımçı olmasından danışdı.

Sonda yazıçının əsərlərini dilimizə tərcümə edən Şahin Ələsgərova söz verildi. O N.Məhfuzun yaradıcılığı ilə ilkin tanışlığından, kitabın tərcümə prosesinin maraqlı məqamlarından söz açdı: "Nəcib Məhfuz deyirdi ki, Nobel mükafatı mənim əsərlərimə verilməyib. Mükafatın əsl sahibi ərəb dilidir, bu dilin şirin nəğmələri sivilizasiyalar cənnətində ilk dəfə eşidilir və bu, sonuncu olmayacaq. Kitaba yazıçının "Bildirçin və payız" romanı, "Zülmət gecədən işıqlı sabaha" povesti və 14 hekayəsi daxil edilib. Əminəm ki, bundan sonra bu yazıçının yaradıcılığına tez-tez müraciət olunacaq".

Tədbirin sonunda kitabın araya-ərsəyə gətirilməsində xidmətlərinə görə Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Misir Ali Təhsil Nazirliyinin Xüsusi Diplomu, əsərləri orijinaldan dilimizə tərcümə edən gənc tərcüməçi Şahin Ələskərov isə Misir Ali Təhsil Nazirliyinin medalı ilə təltif edildi.

Azərbaycan balıqçılığın inkişafı üçün azad edilmiş ərazilərin potensialından istifadə edəcək
Azərbaycan balıqçılığın inkişafı üçün azad edilmiş ərazilərin potensialından istifadə edəcək
Azərbaycanın qeyri-dövlət sektoru üzrə ixracında “SOCAR Polymer” liderlik edir
Azərbaycanın qeyri-dövlət sektoru üzrə ixracında “SOCAR Polymer” liderlik edir
Türkiyənin İƏT üzv ölkələrinə ixracı azalıb
Türkiyənin İƏT üzv ölkələrinə ixracı azalıb
Loading Bars
Xəbər lenti
Ötən sutka Moskvada koronavirusdan 73 nəfər ölüb
Suqovuşana çəkiləcək avtomobil yolunun minalardan təmizlənilməsi əməliyyatı başa çatıb (FOTO)
Türkiyədə əhalinin COVİD-19-a qarşı vaksinasiya ediləcəyi tarix müəyyənləşib
Britaniyada sutka ərzində 16 mindən artıq koronavirusa yoluxma qeydə alınıb
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri dekabrın 3-ü açıqlanacaq
Çilidə güclü zəlzələ baş verib
Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub
Firdovsi Umudov iki gözünü itirən qazini ziyarət etdi (VİDEO)
Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edirlər (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 414 mini keçib
Hazırkı vəziyyət onu deməyə əsas verir ki, karantin qaydaları sərtləşdirilməlidir - Mütəxəssis
Xəzər dənizində zəlzələ oldu
Azərbaycan balıqçılığın inkişafı üçün azad edilmiş ərazilərin potensialından istifadə edəcək
Doğum və ölüm haqqında elektron şəhadətnamələrin formaları təsdiqlənib
Azərbaycanın qeyri-dövlət sektoru üzrə ixracında “SOCAR Polymer” liderlik edir
Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması qaydası təsdiqləndi
Türkiyənin İƏT üzv ölkələrinə ixracı azalıb
Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın “Milli Könüllülük Şəbəkəsi” arasında əməkdaşlıq sazişi imzalanıb (FOTO)
Ədliyyə naziri torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xarici həmkarlarına müraciət edib
Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsi dayandırılıb
Ceyhun Bayramov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb (FOTO)
"Təmiz şəhər" ASC 285 min manata yaxın məbləğdə müqavilə imzalayıb
17 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - İqtisadiyyat Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib (FOTO)
Sülhməramlı kontingent üçün gətirilən növbəti maddi-texniki təminat vasitələri təyinat məntəqəsinə çatdırılıb (FOTO/VİDEO)
Azərbaycanda əlilliyi olan şəxslər sosial müdafiə, reabilitasiya, məşğulluq tədbirləri ilə əhatə olunublar
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb
UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı
Braziliya Federal Senatının birinci vitse-prezidenti Azərbaycan Prezidentinə məktub ünvanlayıb
Kazanda 6-cı İƏT Gənc Sahibkarlar Forumu keçirilib (FOTO)
Poltava universitetində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində azərbaycanlı tələbələrlə görüş keçirilib (FOTO)
Tibbi maskadan istifadə etməyən 747 sərnişin cərimələnib (FOTO)
Bakıda məhkuma göndərilən ayaqqabıdan heroin çıxdı
5 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib
“AzerGold” Azərbaycanın dövlət sektoru üzrə ixracında liderlər sırasında yer alıb
Azərbaycan beynəlxalq birgə iclasda təmsil olunub
Ali Baş Komandan prinsipiallıq nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Vətən Müharibəsindəki qardaşlar: Yaralansalar da döyüşə geri qayıtdılar (FOTO)
Livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi (VİDEO)
Dekabrın 3-də manatın dollara qarşı məzənnəsi
Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Prezident İlham Əliyevi təbrik edib
Şagirdlərin təxminən 25 faizinin onlayn dərslərə cəlb edilməməsi bizim üçün problemdir - Nazir
Biləcəri bələdiyyəsinin sədri koronavirusdan öldü
Serbiya-Macarıstan sərhədində “Cənub Qaz Dəhlizi”nə qoşulacaq boru kəmərinin tikintisi başlayıb
"Şamaxı yolu"ndakı yerüstü piyada keçidinin lifti bərpa olundu (FOTO)
Ermənistanda Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb
Azərbaycan ilk gündən pandemiyaya yalnız qlobal həmrəyliklə qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı - Vüqar Rəhimzadə
Azərbaycanla təlim və hazırlıqla bağlı əməkdaşlığımız davam edir - Hulusi Akar
44 günlük müharibədə Ermənistanın 30 ildir qurduğu ordusu darmadağın edildi - Hərbi ekspert
"Azərişıq" ASC-nin 5 əməkdaşı Vətən Müharibəsində şəhid olub, 17 nəfər yaralanıb
Banklar şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verdi
Azərbaycanda uşaq müdafiə mexanizmi təkmilləşdiriləcək - Dövlət Komitəsi
Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı
Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq
PAŞA Bankdan kiçik və orta bizneslər üçün hədiyyəli kampaniya
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start verilir
Biləsuvarda qapı-pəncərə sexindən oğurluq edən şəxs saxlanılıb
Deputat Naqif Həmzəyev seçicilərin qayğıları ilə tanış olub (FOTO)
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov UNESCO-nun Baş katibinə müraciət ünvanlayıb
Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşdi
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
Türkiyədə karantin qaydaları sərtləşdirildi - Evdə qonaqlığa görə cərimə
“Qızılağac” Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olan şəxs tutulub (VİDEO)
Qarabağla bağlı razılaşma regionda uzunmüddətli sülhün təmininə xidmət edəcək - Qazaxıstan prezidenti
“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO)
Yelo Bank fərdi sahibkarlara dəstəyini davam etdirir (FOTO)
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar
Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq - Akif Qurbanov
TƏBİB kütləvi KT və rentgen müayinələrinə aydınlıq gətirib
Ölkəmizin tarixində yeni dövr başlayır, mühüm tarixi proseslərin əsası qoyulur - Deputat
Sərt karantin rejimi qaçılmaz ola bilər – TƏBİB
Vaksin olmadığından qoruyucu tədbirlərə diqqət etməliyik - Akif Qurbanov
TƏBİB koronavirusdan evdə müalicə olunanlara xəbərdarlıq edib
İranda koronavirusa yoluxanların sayı 1 milyona çatır
Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür - Vitse-spiker
Sərt tədbirlərə mütləq əl atılmalıdır, xəstəxanalarda yer qalmayacaq - XƏBƏRDARLIQ
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub
COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur - RƏSMİ
Laçın rayonunun Qarıqışlaq kəndi (VİDEO)
20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır - Adil Allahverdiyev
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Azərbaycanda bu insanlar koronavirusu ağır keçirir - TƏBİB
“Təmiz Sumqayıt” ekoloji layihəsinə start verilir
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
Gədəbəydə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
Belarus, Qırğızıstan və Qarabağdakı hadisələr KTMT məkanındakı vəziyyəti çətinləşdirdi - Putin
Azərbaycanda 3 942 nəfər COVID-19-a yoluxub, 2 265 nəfər sağalıb, 37 nəfər vəfat edib
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib (FOTO)
“Ziraat Bank Azərbaycan” Yığım Əmanəti məhsulunu təqdim edir
Azərbaycanda 4 dövlət əmlakı özəlləşdirilib
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayılıb (VİDEO)
Koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslərin sayı açıqlanıb
İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib (FOTO)
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından 205 milyon dollar gəlir əldə edilib
Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb
Gəncədə yaralı hərbçilər ziyarət edilib
Bütün xəbərlər