...

Hərbi qulluqçuların müraciətlərinə baxılma müddəti dəyişdirilir

Cəmiyyət Materials 25 May 2016 11:41 (UTC +04:00)
Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə baxılması müddəti artırılır.
Hərbi qulluqçuların müraciətlərinə baxılma müddəti dəyişdirilir

Bakı. Elçin Mehdiyev - Trend:

Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə baxılması müddəti artırılır.

Trend-in məlumatına görə, bu barədə məsələ bu gün Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə edilən "Hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinin daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılması təklif edilir.

Qeyd edək ki, hazırda qanunvericilikdə bu müddət 15 gün göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti