...

Bakıda ləğv olunan marşrutlara görə xətlərdə dəyişiklik ola bilər

Cəmiyyət Materials 9 İyun 2016 13:37 (UTC +04:00)
Bakıda ləğv olunan 16, 18 və 96 saylı marşrut xətlərindən istifadə edən sərnişinlər üçün heç bir problem yaranmayacaq.
Bakıda ləğv olunan marşrutlara görə xətlərdə dəyişiklik ola bilər

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda ləğv olunan 16, 18 və 96 saylı marşrut xətlərindən istifadə edən sərnişinlər üçün heç bir problem yaranmayacaq. Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

O qeyd edib ki, 18 saylı marşrut xətti ilə "BakuBus" MMC-nin 7 nömrəli marşrut xətti üst-üstə düşürdü: "7 nömrəli marşrutun 18 nömrəli marşrutun xəttinə tam uyğunlaşdırılması üçün qismən dəyişiklik ola bilər".

Bakıda 3 marşrut xəttinin fəaliyyəti dayandırılıb

Bakıda 3 marşrut xəttinin fəaliyyəti dayandırılıb

N.Allahyarova bildirib ki, digər marşrut xətləri də nəzərdən keçiriləcək və ehtiyac olduğu halda müəyyən dəyişiklik ediləcək: "Elə edəcəyik ki, ləğv olunan marşrut xətlərindən istifadə edən sərnişinlər əziyyət çəkməsin".

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməyən və təkrarlandığı hesab olunan 16, 18 və 96 saylı marşrut xətləri bu gündən etibarən ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti