...

Qatar Airways-in endirim kampaniyası ilə yayın istisindən uzaqlaşın

Cəmiyyət Materials 10 İyun 2016 09:49 (UTC +04:00)
Qatar Airways Azərbaycandakı müştərilərinə dünya boyunca 150-dən çox istiqamətə səyahət üçün xüsusi endirim endirim kampaniyasına start verib.
Qatar Airways-in endirim kampaniyası ilə yayın istisindən uzaqlaşın

Bakı. Trend:

Qatar Airways Azərbaycandakı müştərilərinə dünya boyunca 150-dən çox istiqamətə səyahət üçün xüsusi endirim endirim kampaniyasına start verib. İstər Balinin sakit çimərliklərində ailənizlə birgə istirahət, istər böyük şəhər həyatını görmək üçün Sinqapura səyahət, istərsə də qədim tarix və zəngin mədəniyyətin vəhdəti olan Sinay Yarımadasına səyahət bütün seçimləriniz üçün Qatar Airways sizə özəl xidmət və qonaqpərvərliklə səyahətinizi yaddaqalan edəcəkdir!

Artıq 19 İyun 2016-cı il tarixinə qədər Azərbaycandakı müştərilər bir çox dünyaca məşhur istiqamətə böyük endirimlərlə səyahət edəcəklər. Endirimli qiymətə biletləri üçün qatarairways.com saytından, Qatar Airways şəhər ofisindən və turizm agentliklərindən əldə etmək mümkündür. Sözükeçən kampaniya üçün səyahət müddəti 15 Dekabra qədərdir.

Qatar Airways-in ölkə direktoru cənab Nazir Abduvahidov deyir: "Bu Qatar Airways müştərilərinə özəl endirim kampaniyası olub onları dünyanın ən yaxşı hava yolu şirkəti ilə səyahət etməyə və premium xidmətdən faydalanmağa çağıran xüsusi qiymətlərdir. Bu endirim kampaniyası ilə biz müştərilərimizə öz sevgi və hörmətimizi çatdırır bizi seçdiklərinə görə onlara minnətdarlığımızı bildiririk."

Qatar Airways dünyanın əsas biznes və istirahət istiqamətlərinə 184 təyyarəlik hava donanması ilə mütəmadi səfərlər təşkil edən hava yolu şirkətidir. Şirkət Mumbai, Bangkok, Sinqapur, Hong Kong, Kolombo, Dubay və.s kimi 150-dən çox istiqamətə Dohada yerləşən Hamad Beynəlxalq Hava limanı üzərindən səfərlər təşkil edir.

Skytrax 2015 Dünya Havayolu nominasiyasında Qatar Airways 2015-c ilin Dünyanın ən yaxşı hava yolu şirkəti, Dünyanın ən yaxşı biznes sinif oturacağı və Yaxın Şərqin ən yaxşı hava yolu şirkəti seçilmişdir.

Cəmi 19 il bundan öncə qurulan Qatar Airways bu gün 184 təyyərəlik hava donanmasına sahib, Avropa, Amerika, Afrika, Asiyada 150-dən çox istiqamətinə mütəmadi uçuşlar təşkil edən hava yolu şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti