...

Nazir Xaçmazda vətəndaşlarla görüşüb (FOTO)

Cəmiyyət Materials 10 İyun 2016 14:31 (UTC +04:00)
R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Nazir Xaçmazda vətəndaşlarla görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırıq və tövsiyələrinə uyğun olaraq rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bölgədə növbəti görüşünü keçirib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə Xaçmaz şəhərində keçirilmiş görüşdə Xaçmaz, Xızı, Siyəzən, Şabran, Quba, Qusar rayonlarında və Sumqayıt şəhərində yaşayan vətəndaşların müraciətləri dinlənilib.

Müraciətlər əsasən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti