...

Turist: "Bakının gözəlliyi bütün gözləntiləri üstələdi"

Cəmiyyət Materials 17 İyun 2016 18:04 (UTC +04:00)
Bakı çox gözəl şəhərdir, onun gözəlliyi bütün gözləntiləri üstələdi.
Turist: "Bakının gözəlliyi bütün gözləntiləri üstələdi"

Bakı. Anaxanım Hidayətova - Trend:

Bakı çox gözəl şəhərdir, onun gözəlliyi bütün gözləntiləri üstələdi.

Bunu Trend-ə Bakıya "Formula 1" yarışlarını izləməyə gəlmiş qaazaxıstanlı turist Zaira Kaysar deyib.

Onun sözlərinə görə, Bakıda infrastruktur yaxşı inkişaf edib.

Turist qeyd edib ki, "Formula 1" yarışı ölkənin inkişafına yeni təkan verəcək: "Bura gələnlər Azərbaycan və onun qonaqpərvər xalqı barədə öyrənəcəklər".

"Williams" pilotundan Bakı trasında rekord

"Williams" pilotundan Bakı trasında rekord

Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Prisi yarışlarına start verilib.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti