...

"ASAN Məktub" Ramazan bayramında körpələri sevindirib (FOTO)

Cəmiyyət Materials 8 İyul 2016 14:40 (UTC +04:00)
"ASAN Məktub" Ramazan bayramında da uşaqların sevincinə səbəb olub.
"ASAN Məktub" Ramazan bayramında körpələri sevindirib (FOTO)

Bakı. Trend:

"ASAN Məktub" Ramazan bayramında da uşaqların sevincinə səbəb olub.

"ASAN könüllüləri" təşkilatından Trend-ə verilən məlumata görə, Yevlax rayonundan olan sosial cəhətdən həssas qruplara aid 71 uşaq istək və arzularını "ASAN Məktub"a ünvanlayıb. Ünvanlanmış məktublar xeyirsevər vətəndaşlar tərəfindən öhdəçiliyə götürülüb.

Layihədə “ASAN Qasid” kimi çıxış edən ASAN könüllülərinin köməkliyi ilə öhdəliyi olan vətəndaşlardan təhvil alınan 71 hədiyyə öz balaca sahiblərinə çatdırılıb. Öhdəliyi olan vətəndaşlara hədiyyələrin çatdırılması ilə bağlı fotoşəkillər e-poçt və digər əlaqə vasitələri ilə göndərilib.

Qeyd edək ki, “ASAN könüllüləri” təşkilatı tərəfindən həyata keçirilən “ASAN Məktub” layihəsinin əsas məqsədi, heç bir maddi qazanc güdmədən 14 yaşadək sosial qayğıya ehtiyacı olan uşaqların arzu və istəklərini həyata keçirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti