Bakı. Elçin Mehdiyev - Trend:
Hazırlanmaqda olan Bakının Vahid Nəqliyyat Konsepsiyasında paytaxtda fəaliyyət göstərən taksilərlə bağlı yeni qaydalar öz əksini tapıb.
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Trend-ə deyib ki, Bakıda taksi sürücüləri üçün vahid geyim forması tətbiq ediləcək.
N.Allahyarova bildirib ki, bununla bağlı məsələ Bakının Vahid Nəqliyyat Konsepsiyasında şərt kimi qoyulub.
O bildirib ki, Konsepsiyada həmçinin taksilərdə taksometrlərin və POS terminalların quraşdırılması məsələsi öz əksini tapıb.
N.Allahyarova qaydalara əməl etməyən sürücülərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.