...

Gömrükçülər sərhəddə 14 min qutu qaçaqmal siqaret aşkarlayıb

Cəmiyyət Materials 4 Avqust 2016 12:19 (UTC +04:00)
Xaçmaz Gömrük İdarəsi sərhəddə xeyli sayda qaçaqmal siqaret aşkarlayıb.
Gömrükçülər sərhəddə 14 min qutu qaçaqmal siqaret aşkarlayıb

Bakı. Samir Əli-Trend:

Xaçmaz Gömrük İdarəsi sərhəddə xeyli sayda qaçaqmal siqaret aşkarlayıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata göprə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, “Samur” gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Baxış zamanı, nəqliyyat vasitəsinin salonunda 14.000 ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti