...

Kürün səviyyəsi artıb

Cəmiyyət Materials 8 Avqust 2016 13:31 (UTC +04:00)
Kür çayının səviyyəsində artım, Araz çayında isə azalma müşahidə edilir.
Kürün səviyyəsi artıb

Bakı. Trend:

Kür çayının səviyyəsində artım, Araz çayında isə azalma müşahidə edilir. Trend Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, ötən günlər ərzində respublikanın çaylarında əsasən mühüm dəyişiklik müşahidə olunmayıb.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 90-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-80 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət:

Avqustun 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 113 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 82 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 81 m3/s olmaqla, ongünlük normanın 117 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 13 m3/s təşkil edərək ongünlük normanın 19 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət:

Avqustun 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Bankə məntəqəsində 2 sm artım, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Surrada və Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 368 sm (2015-ci il avqustun 08-də 327 sm), Salyanda 148 sm (2015-ci il avqustun 08-də 115 sm), Bankədə 187 sm (2015-ci il avqustun 08-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 77 sm (2015-ci il avqustun 08-də 52 sm) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti