...

İlhamə Quliyevanın sabiq köməkçisinin məhkəməsi başlayıb

Cəmiyyət Materials 15 Avqust 2016 12:45 (UTC +04:00)

Bakı. Samir Əli-Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkili Vasif Mirzəyev cinayət işinin əsassız olduğu üçün işə xitam verilməsi ilə bağlı vəsatət verib.

Məhkəmə müşavirədən sonra vəsatəti təmin etməyib. Proses avqustun 23-də davam edəcək.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti