...

Yeni Samsung kondisionerləri – istidə də, soyuqda da əvəzolunmaz

Cəmiyyət Materials 16 Avqust 2016 16:59 (UTC +04:00)
Son illərdə anomal isti Bakı yayı üçün normaya çevrilib
Yeni Samsung kondisionerləri – istidə də, soyuqda da əvəzolunmaz

Bakı. Trend:

Son illərdə anomal isti Bakı yayı üçün normaya çevrilib. Bu dözülməz isti və nəmişlik nəticəsində astma, allergiya, immuniteti zəif olan insanlar, hipertoniya və ürək-damar sisteminin müxtəlif xəstəliklərindən əziyyət çəkənlər üçün xüsusilə təhlükə yaranır.
Təəssüf ki, insanların bir çoxunun istilər zamanı şəhərdən uzağa, ekologiya şəraiti daha yaxşı olan yerlərə getməyə imkanı yoxdur, amma müasir innovativ texnologiyalar bürkünü sağlamlığa zərər yetirmədən, rahatlıqla keçirməyə imkan verir.

Samsung kondisionerlərinin müasir modelləri məkanın mikromühitinə olan bütün tələbləri ödəməyə imkan verir. Onlar havanı sadəcə sərinlətmir, həm də yay mövsümündə çox fəal olan zərərli bakteriyalardan və viruslardan təmizləyir, istifadəçiyə otaqdakı havanın nəmliyini nizamlamağa imkan verir.

Hava təmizləyici innovativ Virus Doctor texnologiyası bakteriya və virusları buxara çevirərək neytrallaşdırır, müdafiə filtri isə havadan tozu, sağlamlığa zərərli allergenləri və kirləndiriciləri yox edir.
Kondisionerin xüsusi forması otağı daha sürətli və güclü soyudur, yeni invertorlu prosessoru isə enerjiyə maksimal qənaət edərək seçilmiş temperaturu tənzimləyir.

Yeni Samsung kondisionerləri ilə evinizdəki iqlimi məhz özünüz yaradırsınız.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti