...

SMM 2016 Business Breakfast layihəsinə müraciət başladı

Cəmiyyət Materials 25 Avqust 2016 14:15 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və "ASAN Kadr" Karyera mərkəzinin təşkilatı dəstəyi ilə “SMM 2016 Business Breakfast" layihəsi keçiriləcək.
SMM 2016 Business Breakfast layihəsinə müraciət başladı

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və "ASAN Kadr" Karyera mərkəzinin təşkilatı dəstəyi ilə “SMM 2016 Business Breakfast" layihəsi keçiriləcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində iştirakçılara peşəkar mütəxəssislər tərəfindən təmənnasız şəkildə PR, Marketinq, Branding, Rəqəmsal Marketinq və s. kimi təlimlər keçiləcək.

Sözügedən təlim proqramı bitdikdən sonra iştirakçılar şirkət rəhbərləri ilə işgüzar nahar edəcək. Naharın keçirilmə səbəbi müsahibə və müzakirənin keçirilməsi üçün rahat atmosfer yaratmaq və gənclərin özlərini ifadə etmək üçün imkan yaratmaqdır. İşgüzar nahar zamanı şirkət rəhbərləri hər komandaya problem qoyacaq və həlli üçün bir saat vaxt verəcək.

Ən effektiv təklifi irəli sürən komanda nümayəndəsi təcrübə üçün şirkətə göndəriləcək
“ASAN Kadr” Karyera mərkəzinin rəhbəri Ləman Əhmədovanın ideya müəllifi olduğu bu layihənin əsas məqsədi SMM sahəsində peşəkar təlim proqramı tərtib etmək və əmək bazarına professional SMM mütəxəssislərini çıxartmaqdır.

Layihədə iştirak etməkə istəyənlər, aşağıdakı keçiddən müraciət edə bilərlər:
http://goo.gl/RI92B1

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti