...

Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı 50 faiz artıb

Cəmiyyət Materials 26 Avqust 2016 14:13 (UTC +04:00)
Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı bir il ərzində 50,33 faiz artıb.
Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı 50 faiz artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı bir il ərzində 50,33 faiz artıb.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2014-cü illə (168 889 doğuş) müqayisədə 2015-ci ildə Azərbaycanda doğuşların sayı 164 614-ə ensə də, qeysəriyyə əməliyyatı artıb.

2014-cü ildə Azərbaycanda 30 561 qeysəriyyə əməliyyatı olduğu halda, 2015-ci ildə bu rəqəm 50,33 faiz yüksələrək 45 942-yə çatıb.

Ötənilki doğuşların 111 599-u təbii doğuşla olub.

Azərbaycanda qeysəriyyə kəsiyinə görə əmsal 19-20% arasındadır

Azərbaycanda qeysəriyyə kəsiyinə görə əmsal 19-20% arasındadır

Keçən il ölkədə hər 100 doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı 2014-cü ildəki göstəricidən (18,1) 27,9-a yüksəlib.

Ümumilikdə son illər ərzində qeysəriyyə əməliyyatlarının sayı artmaqdadır. 2005-ci ildə ölkədə 7 491, 2010-cu ildə 22 746, 2011-ci ildə 25 960, 2012-ci ildə 30 794, 2013-cü ildə 28 954, 2014-cü ildə 30 561, 2015-ci ildə 45 942 qeysəriyyə əməliyyatı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti