...

Bakıda şagirdin döyüldüyü məktəbin direktoru danışdı (ÖZƏL)

Cəmiyyət Materials 20 Sentyabr 2016 11:16 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin orta məktəbinin direktoru iki şagird arasında baş vermiş və tərəflərdən birinin xəsarət alması ilə nəticələnmiş mübahisəyə aydınlıq gətirib.

Elman Rzayev adına 127 nömrəli orta məktəbin direktoru Mərhəməd Məmmədov Trend-ə bildirib ki, mübahisə 11-ci sinif şagirdləri İsmayılov Azad Vüsal oğlu ilə onun sinif yoldaşı Muradov Mustafa Fazil oğlu arasında baş verib: "Mübahisəyə səbəb isə M.Mustafanın dil-ədəbiyyat müəllimi Nəsirova Ofelyanın dərsində özünü yaxsı aparmaması olub. O.Nəsirovanın nəvəsi olan A.İsmayılov “dərs zamanı niyə nənəmi eşitmək istəmirsiniz” deyərək M.Muradov ilə mübahisə edib. Mübahisə isə dərs zamanı deyil, dərsdən sonra - saat 3-4-də məktəb ərazisindən kənar yerdə olub".

Direktor mübahisə edən şagirdlərdən A.İsmayılovun nümunəvi, əlaçı şagird olduğunu və onun tərəfindən ilk dəfə belə halın baş verdiyini də söyləyib.

Xatırladaq ki, mübahisə zamanı M.Muradov bədən xəsarətləri alıb. O, hazırda xəstəxanada müalicə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti