...

Məhkəmənin səlahiyyəti Vergilər Nazirliyinə verilir

Cəmiyyət Materials 22 Sentyabr 2016 14:48 (UTC +04:00)
Vergilər Nazirliyinə yeni səlahiyyətlər verilir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Məhkəmənin səlahiyyəti Vergilər Nazirliyinə verilir

Bakı. Elçin Mehdiyev - Trend:

Vergilər Nazirliyinə yeni səlahiyyət verilir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, vergi ödəyicisi olan fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudiyyətin götürülməsi barədə vergi orqanları qərar qəbul edəcək.

Hazırda qüvvədə olan maddəyə əsasən isə bu məhdudiyyətin aradan qaldırılması üçün vergi orqanları iki iş günü ərzində məhkəməyə müraciət etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti