...

Qəbələdə "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Oktyabr 2016 12:24 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.
Qəbələdə "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.

Bu barədə Trend-ə Komitənin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov, rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yaşar Nəzirov, rayonda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, rayon ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov rayondakı dini durum barədə ümumi məlumat verib. Natiq bildirib ki, Qəbələ rayonu Azərbaycanda müxtəlif xalqların, müxtəlif dini konfessiyaların, icmaların birgə yaşadığı ən nümunəvi bölgələrdən biri sayılır. Rayonda alban məbədlərinin, məscidlərin, digər dini ayinlərin icra edildiyi ziyarətgahların mövcud olduğunu və birgə fəaliyyət göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək dövlət-din münasibətlərindən, ölkəmizdə milli-mənəvi və İslami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib. Qeyd edib ki, Azərbaycan tolerant ölkədir və burada bütün dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar. Səyyad Salahlı, həmçinin dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları, dünyada baş verən siyasi proseslərin dini radikalizmə təsiri barədə geniş məlumat verib. Azərbaycan dövlətinin tarixən ölkəmizdə mövcud olan və keçmişdən bizə miras qalan mütərəqqi dini ənənələrin yaşadılması və inkişafı ilə əlaqədar gördüyü işlərdən bəhs edən sədr müavini eyni zamanda gənclərin, ziyalıların və din xadimlərinin dini radikalizmlə mübarizədə fəal olmalarının vacibliyindən söz açıb.
Sonra mərkəzi “Cümə” məscidinin naib imamı Saleh Şirinov, Qəmərvan dini icmasının sədri İkram Ziyadov mövzu ətrafında məruzələr ilə çıxış ediblər. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti